Boltonun Ermənistan səfərinin gündəliyi: İranı satmağa nə var ki...

2018/10/4353-1539600646.jpg
Oxunub: 1800     14:45     15 Oktyabr 2018    
ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, oktyabrın 20-də bölgəyə səfəri çərçivəsində Ermənistana da gedəcək.

“Oktyabrın 20-də Amerikanın təhlükəsizlik məsələləri sahəsində maraqlarını müdafiə etmək məqsədilə öz həmkarlarım və digər yüksək səlahiyyətli rəsmilərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəm”, - deyə Bolton "Twitter"də yazıb.

Ordu.az xəbər verir ki, artıq Boltonun Ermənistan səfəri öncəsi bir sıra xarici ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Bir çoxları Boltonun səfərini ABŞ-ın İran siyasəti ilə, bəziləri isə Ermənistanın Suriyaya heyət göndərmək istəməsi ilə əlaqələndirirlər.

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi məsləhətçisi, SSRİ məsələləri üzrə mütəxəssis, amerikalı şərhçi, hazırda Vaşinqton Beynəlxalq siyasi insitutunun professoru olan Pol Qobl, Boltonun regional ziyarətinin əsas mövzusunun İran-ABŞ münasibətləri barədə olacağını bilidirib.

"Mən real olmalıyam, gələcək əsasən İrandan asılı olacaq. İran sabit qalarsa, islahatlara başlayarasa, bu ölkənin iqtisadiyyatı yeni bazara açılan qapı olacaq. Yox əgər İranın davranışı pisləşərsə, gərginlik artacaq, Ermənistanın İranla münasibətləri olduğuna görə, təbii ki, bunun təsirinə məruz qalacaq və siz onlarla dürüst danışa bilərsiniz", - deyə Qobl fikirlərini ifadə edib.

"Rusiya beynəlxalq siyasətdə" aylıq jurnalın baş redaktoru, "Valday" beynəlxalq klubunun elmi direktoru Fyodor Lukyanov da, Cənubi Qafqazla bağlı yaranan marağın bir çoxlarının düşündüyü kimi, Dağlıq Qarabağ münaqişəsinə görə deyil, regionun İran və Suriya ilə qonşuluqda yerləşməsinə görə baş verdiyini qeyd edib.

Rus politoloq, səfərin təşəbbüskarı olan Boltonun digər sahələrdə də kəskin danışıqlar aparacağını ehtimal edir: "Bolton son günlərdə bəzi ölkələrin İrana qarşı ABŞ-ın sanksiyalarından yan keçmək istəyini vurğulamışdı. Hesab edirəm ki, belə vəziyyətdə Ermənistan ABŞ tərəfi ilə İran və Suriya istiqamətində işləməyə çalışmalıdır. Rusiya ilə birgə həyata keçirilməsi nəzərdə tutulan Ermənistanın Suriya fəaliyyəti də ABŞ tərəfinin diqqətini çəkmiş ola bilər".

Erməni politoloq Ruben Qyulmisaryan isə, Boltonun səfərinin bölgədə gərginliyi yalnız artıra biləcəyini qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı Suriyada Ermənistanın iştirakı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.

"İstənilən halda bu məsələdə bölgə sakitləşməyəcək. Hər halda yüksək vəzifəli amerikalılar asan olmayanı - asanlaşdırmağa, razılaşmayanları - razılaşdırmağa görə gəlmirlər", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Bolton   İran   Suriya  

Boltonun Ermənistan səfərinin gündəliyi: İranı satmağa nə var ki...

2018/10/4353-1539600646.jpg
Oxunub: 1801     14:45     15 Oktyabr 2018    