"Queen Elizabeth": Britaniya donanma tarixinin ən böyük gəmisi – HƏRBİ EKSPERT

2018/10/45645-1539586497.jpg
Oxunub: 2441     11:06     15 Oktyabr 2018    
HMS "Queen Elizabeth" (R08), İngilis Donanması üçün inşa edilən iki "Queen Elizabeth" sinfindən olan gəmilərin aparıcısıdır. 2017-ci ilin dekabrın 7-də Kral Hərbi Dəniz Donanmasının (KHDD) Portsmut bazasında HMS "Queen Elizabeth" yeni aviadaşıyıcısının İngiltərə donanmasının tərkibinə daxil edilməsi mərasimi təşkil edildi. Daşıyıcı üzərində Britaniya bayrağı qaldırıldı.

Təntənəli mərasimdə çıxış edən II Yeizaveta, aviadaşıyıcının gələcək onilliklər ərzində, Britaniya gücünün dənizdə sübut edəcəyinə əmin olduğunu ifadə etdi. Birləşmiş Krallığın Müdafiə nazirinin müavini Hevin Uilyamson bildirib ki, yeni daşıyıcı gəmi, silahlı qüvvələrin qurulmasının əsasını təşkil edən və gələcəyin tələblərinə cavab verən ingilis dizaynının və funksionallığının rəmzidir. Qeyd edək ki, gəmi 2017-ci ilin sentyabrından cənubi İngiltərə sahillərində həyata keçirilən dəniz sınaqlarının ikinci mərhələsi başa çatdıqdan sonra KHDD-nin tərkibinə daxil edilib.

HMS seriyalı ikinci daşıyıcı "Prince of Wales" (Uels Şahzadəsi) də çatdırılmaya yaxındır. 2017-ci ilin sentyabrında Şotlandiyanın Rozayt şəhərində yerləşən "Babcock Marine" gəmiqayırma zavodunda "Uels şahzadəsi" daşıyıcısının quru dokda rəsmi xeyir-dua mərasimi keçirildi. Mərasimdə, indiki Uels Şahzadəsi Çarlz və onun həyat yoldaşı, Kornoul hersoginyası Kamilla, yeni hərbi gəminin "xaç anası" kimi çıxış edərək, aviadaşıyıcının gövdəsinə bir şüşə 10 illik "Laphroaig" viskisini çırparaq sındırdılar.

Geniş yayılan ehtimalların əksinə olaraq yeni Britaniya gəmisi indiki Kraliça Yelizavetanın deyil, 1558-1603-cü illərdə Tudor sülaləsinin sonuncusu kimi İngiltərə və İrlandiyanı idarə edən Kraliça I Yelizavetanın şərəfinə adlandırılıb. Məhz onun hökmranlığı dövründə İngiltərə dünyada dəniz liderinə çevrilib. İngilislərin özləri I Yelizaveta dövrünü "qızıl dövr" adlandırırlar. Onun hakimiyyəti dövründə xarici və daxili düşmənlərlə uğurlu mübarizə aparılmaqla yanaşı, həm də sənət və elm də inkişaf etdirildi. Bu, Kristofer Marlonun, Vilyam Şekspirin və Fransis Bekonun dövrü idi. Buna görə, "Queen Elizabeth" adı ən müasir Britaniya aviadaşıyıcısına verildi.

Bu günə qədər HMS "Queen Elizabeth" (R08), Kral Donanmasının mövcudluğu tarixində ən böyük gəmi olmaqla, həm də ölkədə inşa edilən ən böyük döyüş gəmisidir. Onun su tutumu 70.6 min ton təşkil edir. Bu daşıyıcı və onun sələfi "Prince of Wales", istifadədə olan "Invincible" tipli təyyarə daşıyıcıları ilə müqayisədə üç dəfə böyükdür və Amerikanın "Nimitz" və ya Fransanın "Charles de Gaulle" daşıyıcısı ilə müqayisə edilə bilər. 2007-ci ildə iki hərbi gəminin tikintisinin 3,9 milyard funta başa gələcəyi, 2013-cü ildə müqavilənin yenidən nəzərdən keçirildiyi təqdirdə, daşıyıcıların İngiltərəyə 6,2 milyard funta (təxminən 8,3 milyard ABŞ dolları) başa gələcəyi məlum oldu. Hər iki gəmiyə çəkilən xərclərin 11 milyard funt sterlinqdən çox olduğu iddia edilir. Eyni zamanda, "Uels Şahzadəsi" gəmisi istismara verildikdən sonra, KHDD-də ən böyük hərbi gəmi olacağı ehtimal edilir, çünki layihəyə bəzi dəyişikliklər və düzəlişlər səbəbindən onun ümumi su tutumu 3000 ton artırılıb. "Uels Şahzadəsi"nin istismara verilməsi 2019-cu ilə təyin olunub.

"Queen Elizabeth"in quruluş tarixi

Böyük Britaniyada KHDD-nin böyük daşıyıcılarının tərkibini artırmaq fikri XXI əsrin ilk illərində ortaya çıxıb. 2003-cü ilin əvvəlində Müdafiə Nazirliyi qabaqcıl döyüş gəmilərinin tikintisi üçün podratçının "BAE Systems Corporation" olacağına qərar verdi. Eskiz layihəsi Fransanın "Thales" şirkətinin İngiltərə filialı tərəfindən hazırlandı. Artıq bu layihə, mövcud təyyarə daşıyıcılarından gələcək gəmilərin fərqini nümayiş etdirdi - üst quruluşda bir deyil, iki "ada" yerləşdirildi. Gəminin idarəetmə xidmətləri ön tərəfdə, təyyarə və helikopter uçuşlarının idarəetmə xidmətləri isə arxa hissədə yerləşdirildi.

Müdafiə naziri Des Braun, 2017-ci ilin iyulun 25-də ilk dəfə olaraq təyyarə daşıyıcısının inşasına qərar verildiyini rəsmən açıqladı. "Queen Elizabeth" sinfindən olan döyüş gəmiləri, yüngül təyyarə daşıyıcılarının (1980-2014-cü illərdə bu sinifdən üç gəmi KHDD-də xidmət edirdi) əvəzlənməsi üçün nəzərdə tutulurdu. Yeni təyyarə daşıyıcılarının tikintisinə dair müqavilə 2008-ci il iyulun 3-də xüsusi yaradılan "Aircraft Carrier Alliance" (ACA) konsorsiumu ilə bağlandı.

"Queen Elizabeth" təyyarə daşıyıcısı, 2009-cu ildən 2017-ci ilə qədər ACA konsorsiumu tərəfindən Şotlandiyanın Rozayt şəhərində yerləşən "Babcock Marine" tərsanəsində inşa edildi.

"Aircraft Carrier Alliance" (Təyyarə Daşıyıcıları Alyansı) tərkibinə Fransanın "Thales Group" (dizayner kimi) və İngiltərənin "BAE Systems", "Surface Ships", "A & P Group" və "Cammell Laird" şirkətləri daxil oldu. Konsorsiumda Britaniya şirkətləri gəmilərin böyük blok seksiyalarının istehsalı üçün məsuliyyət daşıyırdılar.

Yeni daşıyıcının inşa prosesi Böyük Britaniyanın müxtəlif tərsanələrində kütləsi 11 min ton ağırlığında olan ayrı-ayrı blokların hazırlanması ilə bir neçə hissəyə bölündü. Sonradan toplanan bloklar Şotlandiyanın Rozayt şəhərində yerləşən "Babcock Marine" tərsanəsinə təslim edildi, burada isə gəmi vahid kompleks halına gətirildi. 2014-cü ilin iyulun 4-də yeni gəminin "xeyir dua" mərasimi keçirildi, "xaç anası" qismində çıxış edən Böyük Britaniya Kraliçası II Yelizaveta gəminin gövdəsinə bir şüşə Şotlandiyanın "Bowmore" viskisini çırpdı. Ənənəvi şampan şərabının viski ilə əvəzlənməsinin, şotlandlara dərin hörmət əlamətini vurğulamaq məqsədi daşıdığını düşünürəm.

Böyük Britaniyanın Müdafiə Nazirliyi, KHDD və gəminin qurulmasında birbaşa iştirak edən "BAE Systems", "Babcock", "Thales UK" şirkətləri üçün seriyalı ilk aviadaşıyıcısının suya buraxılması layihənin əhəmiyyətli bir mərhələsinin sona çatmasını bildirirdi.

2017-ci ilin iyunun 26-da ilk dəfə daşıyıcı gəmi dəniz sınaqları üçün dənizə çıxdı. Avqust 16-da isə gəmi daimi yerləşmə məntəqəsinə - KHDD-nin Portsmutdakı əsas dəniz bazasına gəldi. Artıq iyul ayında helikopterlərin iştirakı ilə sınaqlar başlandı, bu sınaqların ikinci mərhələsi 2017-ci ilin dekabrında keçirildi. Hazırda F-35B göyərtə qırıcılarının sınaqlarına hazırlıq gedir, onların ABŞ sahillərində keçiriləcəyi gözlənilir. "Queen Elizabeth" daşıyıcısının və onun aviaqrupunun ilkin döyüş hazırlığı 2021-ci ildə, tam döyüş hazırlığı isə 2023-cü ildə gözlənilir.

"Queen Elizabeth" dizayn xüsusiyyətləri

Müasir Britaniya təyyarə daşıyıcısının mexaniki konstruksiyalarının hamısı təmamilə avtomatlaşdırılıb. Kompüter stimulyasiya qurğuları "QinetiQ" şirkəti tərəfindən xüsusi olaraq yaradılıb. Gəminin gövdəsinin dizaynı 50 illik xidmət dövrü üçün nəzərdə tutulub. "Queen Elizabeth"in gövdəsinin uçuş göyərtəsini saymasaq 9 göyərtədən ibarətdir. Gəminin uçuş göyərtəsi tramplin qarşısında yerləşir və 13 dərəcəlik yüksəklik bucağına malikdir. Bu göyərtə, eyni zamanda həm enməni, həm də qalxmanı təmin edir.

Göyərtədə mövcud olan 50-yə qədər vasitədən 24 ədəd F-35B daim döyüşə hazır vəziyyətdədir. Bu arsenala on beş ədəd helikpter də daxildir. Bu helikopterlər eyni anda 250 nəfər təchizatlı şəxsi heyəti daşıyıcıdan çıxara bilir.

Aviadaşıyıcı gecə əməliyyatları imkanı da daxil olmaqla, 5 gün ərzində 420 ədəd təyyarə uçuşu üçün nəzərdə tutulub. Uçuşların maksimum intensivliyi - 24 saat ərzində 110 uçuşa bərabərdir. Kritik həddə isə uçuşların intensivliyini 15 dəqiqədə 24 qalxma və 24 dəqiqədə 24 enməyə qədər çatdırmaq mümkündür.

Anqarın ölçüsü 155m x 335m × 6.7 m-ə bərabərdir və 20 ədəd təyyarə və helikopter yerləşdirilə bilir.

Qeyd etdiyimiz kimi, ənənəvi aviadaşıyıcılardan fərqli olaraq, "Queen Elizabeth"də iki hissəli üst quruluş quraşdırılıb. Ön üst quruluşda gəminin idarəetmə xidmətləri, arxada isə uçuşları idarəetmə xidmətləri yerləşdirilib. Belə bir konstruksiya həm göyərtənin sahəsinin böyüməsinə, həm turbulent hava axınının azalmasına, həm də aşağı göyərtələrdə sahələrin daha səmərəli bölüşdürülməsinə səbəb olur. Uçuşların idarəetmə xidmətlərinin arxa tərəfdə yerləşməsi hava vasitələrinə yanaşma və enmə mərhələlərində daha dolgun nəzarət etməyə imkan verir.

Elektron avadanlıqlar

Üst quruluşun ön hissəsində üç koordinatlı uzaq mənzilli S1850M hava müşahidə RLS-i yerləşdirilib. Arxa tərəfdə isə "BAE Systems Insyte" və "QinetiQ" ilə birlikdə hazırlanan yeni nəsil E/F diapazonlu orta mənzilli ARTISAN 3D radarı mövcuddur.
2007-ci ildə "Selex Communications" tərəfindən hazırlanan "özümün-özgənin" sistemləri də gəmidə tətbiq edilib.

Göyərtə

Təyyarə daşıyıcısının göyərtəsi eyni vaxtda təyyarələrin enməsi və qalxmasını təmin edir. Göyərtənin ön hissəsində 13 dərəcə bucaq altında yüksəliş bucağına malik olan tramplin quraşdırılıb. Toplam 10 ədəd göyərtəyə maksimum 70 ədəd aviasiya vasitəsi yerləşdirmək mümkündür.

Lakin, başlanğıc dizaynında katapult və aerofinişerdən (enən qırıcının dayandırılması mexanizmi) istifadə edilməsi nəzərdə tutulmurdu, bu sinifin ikinci gəmisi üçün F-35C modifikasiyasının seçilməsi ilə əlaqədar olaraq, "Uels Şahzadəsi" katapult və hidravlik aerofinişer ilə təchiz olunacaq.

Göyərtə üç uçuş zolağına malikdir: iki ədəd 160 m-lik qısa zolaq F-35 qırıcıları üçün, 260 m-lik isə ağır təyyarələr üçün. Göyərtənin sahəsi 13000 m²-dir. Göyərtənin sonunda F-35-in vertikal enməsi üçün bir və ya iki meydança nəzərə alınıb. Hava vasitələrinin anqarlardan göyərtəyə və ya əks istiqamətdə daşınması "McTaggart Scott" şirkətinin iki ədəd 70 tonluq yan liftləri vasitəsilə daşınır. Onlardan biri üst quruluşların arasında, ikincisi isə arxa üst quruluşun sonunda yerləşir. Hər lift eyni zamanda iki ədəd qırıcını 60 saniyə ərzində uçuş zolağına daşıya bilir. Bu liftlər çox güclüdür, hətta gəminin bütün heyətini birdəfəyə daşıya bilir.

Güc qurğusu

Britaniya Müdafiə Nazirliyində, bu aviadaşıyıcılarda əhəmiyyətli xərclər səbəbindən atom reaktorundan istifadə edilməməsi qərarı verildi. Əsas mühərrik qismində "Rolls-Royce"dan inteqrəedilmiş elektrik mühərrik kompleksindən (Integrated Electric Propulsion, IEP) istifadə edilir. Onun təchizatı üçün müqavilə 2008-ci ilin oktyabrında bağlanıb.

Mühərrik kompleksi hər biri 36 MVt gücündə olan iki ədəd "Rolls-Royce Marine MT30" qaz turbinli və ümumi gücü 40 MVt olan dörd ədəd dizel mühərrikdən ibarətdir. Mühərriklər gəminin ümumi aşağı gərginlikli şəbəkəsinə elektrik verən və iki pərli şaftını sabit səth vintlərini hərəkətə gətirən, iki elektrik mühərrikini enerji ilə təmin edən generatorları qidalandırır.

"Wärtsilä 38" tip dizel mühərrikləri (hər gəmi üçün iki ədəd 12, iki ədəd isə 16 silindirli) Finlandiyanın "Wärtsilä Defence" şirkəti tərəfindən hazırlanıb. Bu mühərriklər gəminin 48 km/saat maksimum sürətlə hərəkət etməsinə imkan verir.

"L-3 Communications", elektrik təchizatının idarə edilmə sistemlərinin inteqrasiyasını təmin edir, "Converteam" isə gəmini yüksək gərginlikli sistemlər, cərəyan çeviriciləri və elektrik mühərrikləri ilə təchiz edib.

HMS "Queen Elizabeth" (R08) təyyarə daşıyıcısının taktikası və texniki xüsusiyyətləri:

Su tutumu - 70 600 ton.
Uzunluğu - 280 m.
Eni - 73 m.
Yüksəkliyi - 56 m.
Suya oturma - 11 m.
Maksimum sürəti - 26 düyüm (48 km/saat)
Uzmə məsafəsi - 10000 dəniz mili (təxminən 19000 km)
Avtonom üzmə müddəti - 290 gün
Təyyarə daşıyıcısının ekipajı - 679 nəfər.
Desant - 250 nəfər, lakin 900 nəfərin daşınması üçün şərait yaradılıb.
Toplam yataq sayı - 1600 nəfərlik (personal ilə birlikdə)
Yanacaq çənlərinin tutumu təxminən 8.6 min ton.

Aviadaşıyıcıda diametri 6.7 metr olan iki ədəd 33 tonluq bürünc pərlər quraşdırılıb. Yokorların hər biri 3.1 metr hündürlüyə və 13 ton kütləyə malikdir.

Hazırda daşıyıcının aviaqrupuna 50-yə qədər helikopter və qırıcı daxildir. 24-dən çox 5-ci nəsil "Lockheed Martin" istehsalı F-35B döyüş təyyarələrindən başqa, göyərtədə 9 ədəd "AgustaWestland AW101 Merlin HM2" sualtı qayıq əleyhinə və 5 ədəd DRLO "Merlin" helikopterləri də yer alır. Vasitələrin tərkibi döyüş vəzifələrinə görə dəyişə də bilər. Zəruri hallarda daşıyıcıdakı hava vasitələrinin sayı 70-ə qədər artırıla bilər.

Silahlanma

İlkin layihə özünü hava hücumundan müdafiə etmək üçün sistemlərin təchizatını və quraşdırılmasını nəzərdə tutmurdu, lakin MBDA istehsalı olan, şaquli buraxılan iki ədəd 16 konteynerli "Aster" ZRK üçün yer ayrılıb.

Gəminin silahlanmasına 3 ədəd "Phalanx CIWS" ZRK, 4 ədəd 30 mm "DS30M Mark 2" topları yer alır. Asimmetrik təhlükələrə qarşı mübarizə aparmaq üçün pulemyotlar nəzərdə tutulur.

Gəminin müxtəlif təhlükələrə qarşı arsenalı əlbəttə ki, çox zəifdir. Əsasən aviasiya vasitələrinin daşınmasını əsas konsepsiya kimi qəbul edən sifarişçi, bu gəmini yalnız digər çoxsaylı gəmilərin himayəsi altında və ya Aviadaşıyıcı Zərbə Qruplaşmasının tərkibində istifadə edə biləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: QueenElizabet   Aviadaşıyıcı  

"Queen Elizabeth": Britaniya donanma tarixinin ən böyük gəmisi – HƏRBİ EKSPERT

2018/10/45645-1539586497.jpg
Oxunub: 2442     11:06     15 Oktyabr 2018    