Niderland Rusiyanı Arktikada hərbi provokasiyalarda ittiham edir

2018/10/69494-1539584533.jpg
Oxunub: 272     10:20     15 Oktyabr 2018    
“Rusiya qırıcıları və döyüş gəmiləri Arktikada Niderland və Britaniya ordularına qarşı provokativ addımlar atır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Niderland Dəniz Korpusu Əməliyyatlarının rəhbəri Cef Mak Motri bildirib.

“Müşahidələrimiz əsasında deyə bilərəm ki, bizim təlimlərimiz zamanı Rusiya dəniz gəmilərinin fəaliyyətində artım var. Məsələn, ballistik raketdən müdafiə proqramı əsasında təlimlər keçirdik və gördük ki, adi vaxtlara nisbətdə daha çox rus gəmisi peyda olmağa başladı”, - deyə o vurğulayıb.

Motrinin sözlərinə görə, bu gəmilər geridə qalan son bir neçə on ilə nisbətdə daha çox avropalı gəmilərə yaxınlaşır və mövcudluqlarının əks tərəfdən görünməsinə çalışırlar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Niderland   Rusiya   Arktika  

Niderland Rusiyanı Arktikada hərbi provokasiyalarda ittiham edir

2018/10/69494-1539584533.jpg
Oxunub: 273     10:20     15 Oktyabr 2018    