Cənubi Koreya ballistik raket əleyhinə SM-3-lər alacaq

2018/10/T4I6W-1539425573.jpg
Oxunub: 338     20:10     13 Oktyabr 2018    
Cənubi Koreya ordusu Şimali Koreyadan gələ biləcək ballistik raket təhdidlərinə qarşı gəmidən atılan raket əleyhinə raketlərini almağa qərar verib.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargah rəisi general-mayor Kim Sum-ho danışıb.

Onun sözlərinə görə, bu qərar sentyabrda BQ liderləri arasında baş tutan görüşdə qəbul edilib.

O bildirib ki, alınması planlaşdırılan gəmidən atılan ballistik raket əleyhinə raketin növü SM-3 sinfidir. Bu raketlər istənilən növ ballistik raketi endirməyə qadir olacaq.

Qeyd edək ki, SM-3 qısa və ortamənzilli ballistik raketləri məhv etmək üçün dizayn edilib. Raket 150-500 kilometr yüksəklikdə hədəfi zərərsizləşdirə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: CənubiKoreya   SM-3  

Cənubi Koreya ballistik raket əleyhinə SM-3-lər alacaq

2018/10/T4I6W-1539425573.jpg
Oxunub: 339     20:10     13 Oktyabr 2018    