ABŞ ordusu dayandırılması mümkün olmayan hipersəs silahlar istəyir

2018/10/13-us-1539424852.jpg
Oxunub: 453     16:58     13 Oktyabr 2018    
Rusiya və Çinin hipersəs silahlar sahəsində irəliləyişi ABŞ-ı bu silahların əldə edilməsi istiqamətində səylərini gücləndirməyə sövq edir.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, ABŞ ordusunun üç əsas qanadı hipersəs silahların yaxın gələcəkdə döyüş meydanına gətirilməsi üçün imkanlarını birləşdirmək qərarına gəliblər.

ABŞ QQ-nin proqramı Qabaqcıl Hipersəs Silahı, HHQ-ninki Hipersəs Ənənəvi Zərbə Silahı, donanmanınkı isə Ənənəvi Sürətli Zərbə silahıdır.

ABŞ QQ-nin Uzaq Mənzilli Dəqiq Atəş bölməsinin sədri polkovnik Con Rafferti bildirib ki, bu imkanların əldə edilməsi istiqamətində çox gərgin çalışmalar həyata keçirilir.

Qeyd edək ki, ABŞ ordusu raktləri səsdən azı 5 dəfə sürətli hərəkət qabiliyyətilə təmin edəcək texnologiyanı əldə etməyə çalışır. Bu mümkün olsa, Max 8 sürətilə hərəkət edən raketlər cəmin 35 dəqiqədə 3750 mil məsafə qət edə biləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Hipersəs-silahları  

ABŞ ordusu dayandırılması mümkün olmayan hipersəs silahlar istəyir

2018/10/13-us-1539424852.jpg
Oxunub: 454     16:58     13 Oktyabr 2018    