NATO Albaniyada aviabaza inşa edəcək

2018/10/45645-1539421730.jpg
Oxunub: 295     13:43     13 Oktyabr 2018    
Şimali Atlantika Alyansı Albaniyanın hazırda mövcud olan hərbi bazalardan birini öz standartlarına uyğun vəziyyətə gətirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Albaniya Müdafiə naziri Olta Xaçka danışıb.

Onun sözlərinə görə, “Kucova” bazasının NATO-nun regiondakı aviabazasına çevrilməsi Qərbi Balkanlarda NATO-nun ilk ayaq izləri olacaq.

NATO “Kucova”nın təchizat, logistika, treyninq və təlimlər üçün dəstək bazasına çevrilməsi işlərinin ilk mərhələsinə 50 milyon avro xərcləyəcək.

Qeyd edək ki, Albaniya 2005-ci ildə istifadəsində olan 224 ədəd Sovet və Çin istehsalı MiQ təyyarələrini təqaüdə çıxardıb. 2009-cu ildən etibarən isə onun qonşuları, NATO üzvləri İtaliya və Yunanıstan Albaniyanın hava fəzasına nəzarət edirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Albaniya  

NATO Albaniyada aviabaza inşa edəcək

2018/10/45645-1539421730.jpg
Oxunub: 296     13:43     13 Oktyabr 2018    