Portuqaliya Müdafiə naziri istefa verib

2018/10/645x3-1539420806.jpg
Oxunub: 374     12:35     13 Oktyabr 2018    
Portuqaliya Müdafiə naziri Azeredo Lopes dünən hökumətdə tutduğu vəzifədən istefa verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Lopesin istefası artıq Baş nazir Antonio Kosta tərəfindən qəbul edilib.

Qeyd edək ki, son zamanlarda Lopesin istefasına dair ictimaiyyət tərəfindən səsləndirilən tələblər daha geniş miqyas almaqda idi. Buna səbəb isə ötən ilin iyununda paytaxt Lissabonun 130 kilometr şimal-şərqindəki “Tancos” silah deposundan oğurlanan hərbi ləvazimatların taleyinin hələ də müəyyən edilməməsi olub.

Lopes Kostaya yazdığı istefa məktubunda bu qərarını ordunun siyasi tənqidlər və ittihamlara məruz qoymaq istəməməsi ilə əsaslandırıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Portuqaliya   MN  

Portuqaliya Müdafiə naziri istefa verib

2018/10/645x3-1539420806.jpg
Oxunub: 375     12:35     13 Oktyabr 2018    