“Splav” EİB SC “ADEX-2018”də nələri nümayiş etdirdi? – HƏRBİ EKSPERT (II Yazı)

2018/10/34534-9236514402.jpg
Oxunub: 1640     12:14     13 Oktyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Daha öncəki yazımızda, “Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyətinin (EİB SC) Reaktiv Yaylım Atəş Sistemlərinin layihələndirilməsi və istehsalı ilə məşğul olduğu barədə məlumat vermişdik. Bakıda keçirilən “ADEX-2018” sərgisində də təmsil olunan müəssisə tərəfindən indiyə qədər yaradılan 10-dan çox RYAS və 50-dən çox reaktiv mərmi növü bir çox ölkələrin silahlanmasına qəbul edilib. Ordumuzun silahlanmasında “Smerç” RYAS-larından geniş istifadə edildiyi üçün, bu komplekslə Sizi daha da yaxından tanış etmək qərarına gəldik.

“Splav” şirkətinin əfsanəvi “Katyuşa” ilə başlayan ilk uğuru sonradan 122 mm “Qrad”, 300 mm “Smerç” kimi reaktiv sistemlərinin, həmçinin torpedo əleyhinə “Udav-1M” gəmi kompleksinin, RPK-8 qayıq əleyhinə kompleksin, TOS-1A yandırıcı odsaçan kompleksinin və s. istehsalı ilə davam etdi. Davamlı olaraq yeni texnologiyaları tətbiq edən şirkət istehsal və satış həcmini artırmaqla bərabər rəqabət qabiliyyətli yeni məhsullar təklif etməyə çalışır. “ADEX-2018” sərgisi də digər hərbi sənaye şirkətlərinə olduğu kimi, Rusiya şirkətlərinə öz məhsullarını təqdim etmək üçün geniş imkanlar yaratdı. “Splav” EİB SC bu imkanlardan yararlanaraq Bakıda keçirilən sərgidə istehsal etdikləri 122 və 300 mm-lik reaktiv sistemləri və onların müxtəlif təyinatlı mərmilərini, odsaçan üçün termobarik mərmiləri, idarəolunmayan aviasiya raketlərini, gəmi odsaçan kompleksini, dərinlik üçün reaktiv mərmiləri, hidroakustik maneə mərmisini, diversant və torpedolardan mühafizə olunmaq üçün kompleksi və onun raketlərini sərgi iştirakçılarına təqdim etdi.

Smerç

Şirkətin istehsal etdiyi “Smerç” RYAS uzaq məsafələrdən düşmənin açıq və qapalı ərazilərdəki canlı qüvvəsini, qrup hədəflərini, motoatıcı və tank bölmələrinin zirehsiz, yüngül zirehli və zirehli vasitələrini, artilleriya qurğularını, taktiki raketlərini, zenit raket komplekslərini, dayanacaqlarda yerləşən helikopterlərini, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi-sənaye kompleksinin obyektlərini məhv etmək üçün nəzərdə tutulur.

1969-1976-ci illərdə layihələndirilən, 1982-cı ildə sınaqları uğurla həyata keçirilən və 1987-ci ildə silahlanmaya qəbul edilən “Smerç” RYAS-ın üzərində onun taktiki imkanlarını artıran prinsipial yeniliklər edilib. Bu da öz növbəsində silahdan atəşin dağınıq olmasının, yəni geniş radiusda hədəfdən yayınmanın qarşısının alınmasına və dəqiqliyin 2-3 dəfə yuksəlməsinə səbəb olub.
“Smerç” 300 mm kalibrə malik raketlərlə 70-90 km məsafəyə qədər olan hədəflərə yüksək dəqiqliklə yaylım atəşi açaraq, 38 saniyə ərzində döyüş komplektini tam məsrəf edir, bir dəqiqədən az muddətdə isə atəş mövqeyini tərk edə bilir.

Ön xətdən xeyli arxada yerləşməklə, müdafiənin dərinliyindən dəqiq atəş açması, 67 hektar ərazini bir yaylim atəşi ilə örtməsi, operativ şəkildə atəş mövqeyini tərk etməsi “Smerç”in əsas üstün xususiyyətlərindən hesab edilir.

“Smerç” bir yaylim atəşilə təxminən 100 futbol meydançasına bərabər ərazini bağlaya bilir. Bu tipli reaktiv yaylım atəş sitemi Çeçenistanda, Suriyanın Palmira şəhərində və Ukraynanın Donbas vilayətində istifadə edilib. Hazırda, bu sistemlərdən Rusiyada 100, Ukraynada 94, Belarusda 36, Azərbaycanda 30, Hindistanda 28, Əlcəzairdə 18 , Qazaxıstanda 6, Venesuellada 12, Türkmənistanda 6, BƏƏ 6, Gürcüstanda 3 (Ukraynadan alınıb), Peruda 10 dəst mövcuddur.

“Smerç” YARS-ı atəşə hazırlamaq və atəşi idarə etmək üçün onun dəstində aşağıdakı maşın və komplekslər yer alır:

- “Slepok-1” (9S729M1) atəşin avtomatik idarəetmə kompleksi;
- MP32M1 komanda-qərargah maşını;
- 1T12-2M topoqrafik çəkiliş maşını;
- RPMK-1 (1B44) radiopelenq və meterologiya kompleksi.

Taktiki-Texniki Xüsusiyyətləri

Atəş məsafəsi:
Minimum - 20 km
Maksimum - 90 km
Çapı - 300 mm
Lülərin sayı - 12 ədəd
Tam yaylım atəşi üçün sərf edilən zaman - 38 san
Yükləmə nəqliyyat maşınındakı raket sayı - 12 ədəd
Mərminin çəkisi (növə görə) - 800-815 kq
Döyüş maşınının şassi tipi:
9A52-2 - MAZ-543M
9A52-2T - TATRA
9A52-4 - KAMAZ

9M55K və 9M525

9M55K və 9M525 - “Smerç” RYAS-da istifadə edilən, 300 mm-lik qəlpəli başlığa sahib reaktiv mərmidir. Bu mərmilər düşmənin canlı qüvvəsini və zirehsiz vasitələrini çəmləşmə rayonlarında məhv etmək üçün təyin edilib.

Atəş məsafəsi:
Minimim - 20 km-25 km
Maksimum - 70 km-90 km
Uzunluğu - 7600 mm-7600 mm
Mərminin çəkisi - 800 kq-815 kq
Döyüş başlığının element sayı - 72 ədəd-72 ədəd
İki mərminin konteyner ilə çəkisi - 1934 kq-1964 kq

Hər bir 9YA269 konteynerində iki raket qablaşdırılır. Onun ölçüləri hər iki mərmi üçün eynidir: 7580x1024x514 mm.

9M55F və 9M528

9M55F və 9M529 - “Smerç” RYAS-da istifadə edilən, 300 mm-lik ayrılan fuqas başlığa sahib reaktiv mərmidir. Bu mərmilər düşmənin açıqda və sığınacaqda yerləşən canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi sənaye obyektlərini məhv etmək üçün nəzərdə tutulub.

Atəş məsafəsi:
Minimim - 20 km-25 km
Maksimum - 70 km-90 km
Uzunluğu - 7600 mm-7600 mm
Mərminin çəkisi - 800 kq-815 kq
Döyüş başlığının kütləsi - 95 kq-95 kq
50 qram çəkisində qəlpə sayı - 1100 ədəd-1100 ədəd
İki mərminin qutu ilə çəkisi - 1934 kq-1964 kq

9M55S və 9M529

9M55S və 9M529 - “Smerç” RYAS-da istifadə edilən, 300 mm-lik termobarik başlığa sahib reaktiv mərmidir. Bu mərmilər düşmənin açıqda, sığınacaqda və mühəndis qurğularında, həmçinin zirehsiz və yüngül zirehli vasitələrində yerləşən canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Atəş məsafəsi:
Minimim - 25 km-25 km
Maksimum - 70 km-90 km
Uzunluğu - 7600 mm-7600 mm
Mərminin çəkisi - 800 kq-815 kq
Partlayıcı qarışığın kütləsi - 100 kq-100 kq
1000 S-dən çox termik sahənin diametri - 25 m-25 m
Termik sahənin müddəti - 1440 ms-1440 ms

9M55K5 və 9M531

9M55K5 və 9M531 - “Smerç” RYAS-da istifadə edilən, 300 mm-lik reaktiv mərmidir, onun kasset tipli başlığı 3B30 döyüş elentli kumulyativ qəlpələrə malikdir. Bu mərmilər düşmənin açıqda və sığınacaqda yerləşən canlı qüvvəsini və yüngül zirehli vasitələrini məhv etmək üçün istifadə edilir.

Atəş məsafəsi:
Minimim - 25 km-25 km
Maksimum - 70 km-90 km
Uzunluğu - 7600 mm-7600 mm
Mərminin çəkisi - 800 kq-815 kq
Döyüş elementlərinin sayı - 552 ədəd-552 ədəd
Nüfuz edulən homogen zireh - 140 mm-140 mm

9M55K6 və 9M533

9M55K6 və 9M533 - “Smerç” RYAS-da istifadə edilən, 300 mm-lik 9N268 özütuşlanan döyüş elementli başlığa sahib reaktiv mərmidir. Bu mərmilər düşmənin zirehli vasitələrini və tanklarını üst tərəfdən məhv etmək üçün nəzərdə tutulur.

Atəş məsafəsi:
Minimim - 25 km-25 km
Maksimum - 70 km-90 km
Uzunluğu - 7600 mm-7600 mm
Mərminin çəkisi - 800 kq-815 kq
Döyüş başlığının kütləsi - 17.3 kq-17.3 kq
Özütuşlanan element sayı - 5 ədəd-5 ədəd
Nüfuz edulən homogen zireh - 120 mm-120 mm

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Smerç   Splav  

“Splav” EİB SC “ADEX-2018”də nələri nümayiş etdirdi? – HƏRBİ EKSPERT (II Yazı)

2018/10/34534-9236514402.jpg
Oxunub: 1641     12:14     13 Oktyabr 2018    