Erməni əsgər atası: "Məzuniyyətə göndərmək əvəzinə, çılpaq meyitini gətirdilər"

2018/10/43551-1539348972.jpg
Oxunub: 3888     16:52     12 Oktyabr 2018    
Erməni əsgərinin atası Ermənistan müdafiə nazirliyinin yalanlarını ifşa edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda hərbi xidmət zamanı öldürülən, Ermənistanın Kotayk vilayətinin Qeğaşen (Çatqıran) kənd sakini Ağasi Mkrtçyanın atası hadisə barədə danışaraq bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Derenik Mkrtçyan bildirib ki, hadisə baş verən gün rəsmi məlumat veriblər ki, guya oğlum rəqib tərəfindən öldürülüb. Ancaq sonra məlum oldu ki, Qarabağ sakini olan erməni Ermənistan vətəndaşını güllələyərək öldürüb. Belə çıxır ki, Qarabağ bizim düşmənimizdir.

Hadisə yerinə şəxsən baxış keçirən atası bildirir ki, işi araşdıran müstəntiq, hərbi hissə komandanlığı və müdafiə nazirliyi hamısı əlbir olub onu aldatmaq istəyirlər. Hərbi hissənin, müstəntiqin və əsgər yoldaşlarının ifadələri bir-birinə ziddiyyət təşkil edir.

Ölən hərbi qulluqçunun valideynləri iddia edirlər ki, onun qeyd olunan tarixdən əvvəl öldüyünü ehtimal edirlər. Çünki meyit gətirilərkən artıq iylənməyə başlayıb.

"Sentyabrın 27-də rəsmi orqanlar yalan məlumatlar yayaraq, onun “vətənin müdafiəsi zamanı həlak olduğunu” dedilər və Bako Sahakyanın əmri ilə “Döyüş xidmətlərinə görə medalı” ilə təltif etdilər. Meyiti evə gətirilərkən isə artıq iyənirdi", - deyə atası qeyd edib.

Bir neçə gündən sonra istintaq komitəsi müəyyən edib ki, kiçik çavuş Mkrtçyan düşmən tərəfindən açılan atəş nəticəsində deyil, əsgər yoldaşı tərəfindən öldürülüb.
Onu öldürən şəxsin kimliyi müəyyən edilib, cinayət məcəlləsinə müvafiq cinayət işi açılmaqla həbs edilib. Bildirilir ki, onun bədənində 18 güllə izi olsa da, müstəntiq yalnız 8 giliz tapıb və qalanlarını tapmayıb.

Onun ölümü ilə bağlı bir-birinə zidd məlumatlar yayılıb. İlk öncə bildiriblər ki, kiçik çavuş Ağasi Mkrtçyan saat 21:20 radələrində hospitalda ölüb. Atası isə müəyyən edib ki, onu heç hospitala çatdıra bilməyiblər, hospitala aparılarkən yolda ölüb. Ona oğlunun 20 metr məsafədən açılan atəş nəticəsində öldüyü bildirilib. Ancaq atası hadisə yerinə dəqiq baxmaqla, məsafənin 1-2 metrdən çox olmadığına əmin olub.

Ölən hərbi qulluqçunun anası Maqda Mkrtçyan, qarabağlı əsgərin 1,5 metr məsafədən əsgər yoldaşını tanımaması və atəş etməsinin mümkün olmadığını deyir. Bu fakt rəsmi ittihama zidd olaraq, bilərəkdən öldürmə versiyasını sübut edir. Valideynlər bundan başqa yalanların da olduğunu, o cümlədən gündüz vaxtı çəkilən kadrların ölən hərbi qulluqçu ilə əlaqələndirməyə çalışdıqlarını bildiriblər. Onlar müstəntiqin obyektiv araşdırma aparmadığını iddia edirlər.

Derenik Mkrtçyan, hərbi qulluqçular arasında, ümumiyyətlə hərbi hissədə gərgin mühit olduğunu, oğlu ilə komandir arasında problemlərin mövcudluğunu qeyd edir.

Hərbi hissəyə gedərkən şahidlərdən biri atasına bildirib ki, bir neçə gün əvvəl hərbi hissə komandiri ölən Ağasi Mkrtçyanın mobil telefonunu əlindən alaraq sındırıb və gizli telefon istifadə edənlərə göstəriş verib ki, telefonların “dəfn” mərasimi təşkil edilsin.

Telefon “dəfn” mərasimi cəza növü olaraq, Qarabağda yerləşən bütün hərbi hissələrdə geniş yayılmış haldır.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyan hadisə ilə bağlı mövqeyini bildirərkən qeyd edib ki, "Mən də komandir olarkən telefon dəfn mərasimi təşkil edirdim. Çünki əsgərlərin telefon istifadə etmə hüququ yoxdur, bu onların təhlükəsizliyi məsələsidir”. Lakin Hovhannisyan digər sualları cavablandırmaqdan yayınıb.

Məsələn, “İnternat” adlanan hərbi hissədə qulluq edən əsgərlərin valideynləri daşınması mümkün olmayan, keyfiyyətsiz təminatdan şikayətlənəırək, daim hərbi geyim aldıqlarını bildirirlər.

"Geyimlərin ölçüləri uyğun gəlmir. Bu geyimləri normal əldə etmək üçün 1000 dram ödəmək tələb olunur. Müdafiə nazirliyinə təklif etdim ki, gəlin bu dəqiqə komissiya təşkil edək və qəfl həmin hərbi hissəyə daxil olaq. Orada bir nəfər də olsun qarabağlı erməni əsgər xidmət etmir. Postdan qayıdan evlərinə gedir, 7 əsgər varsa hamısı da irəvanlıdır. O, məzuniyyətə gəlməli olsa da, buraxmırdılar. Burada məzuniyyətə hamı tanışlıqla gedir. Mən də tanış tapmağa çalışdım, ama alınmadı. Sonunda o, məzuniyyətə gəlmədi, onun UAZ-da, çılpaq meyitini gətirdilər. Onun meyitindən qoxu gəlirdi", - deyə ölən erməni əsgərin atası bildirib.

Qeyd edək ki, müddətli xidmət hərbi qulluqçusu kiçik çavuş Ağasi Mkrtçyan Ağdərə yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan “İnternat” şərti ləqəbli, erməni ordusunun 10-cu dağ atıcı diviziyasının, 5-ci müdafiə rayonu adlanan, 49971 nömrəli hərbi hissəsində qulluq edib. Bu hərbi hissə ən aşağı nizam-intizamı olan, tez-tez belə cinayət tərkibli hadisələr baş verən yerdir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-əsgər   Güllələnmə   Ölüm  

Erməni əsgər atası: "Məzuniyyətə göndərmək əvəzinə, çılpaq meyitini gətirdilər"

2018/10/43551-1539348972.jpg
Oxunub: 3889     16:52     12 Oktyabr 2018    