ABŞ-ın hərbi mərkəzlərində Sovet və rus texnikaları - ARAŞDIRMA (I Yazı)

2018/10/53453-1539342597.jpg
Oxunub: 1721     14:55     12 Oktyabr 2018    
Rusiya mətbuatında dəfələrlə ABŞ-da Sovet istehsalı olan döyüş təyyarələrinin sınaqları və ABŞ qırıcıları ilə hava döyüşlərinin sınaqlarının keçirilməsi barədə məlumatlar dərc edilib. SSRİ və Şərqi Avropada hazırlanan zirehli nəqliyyat vasitələrinin, döyüş helikopterlərinin, radarların və anti-raket sistemlərinin ABŞ silahlı qüvvələrində və poliqonlarında mövcudluğu məsələsi isə nisbətən zəif işıqlandırılıb.

60-70-ci illərdə əldə edilən lokal müharibələrin təcrübəsi göstərir ki, Qərb ölkələrinin silahlı qüvvələri Sovet silahları ilə təchiz olunan və Sovet döyüş nizamnaməsinin qaydalarına uyğun fəaliyyət göstərən dövlətlərlə silahlı qarşıdurmaya tam hazır deyildi. Bu baxımdan, 1980-ci ildə Birləşmiş Ştatlarda OPFOR (Opposing Forse- əks güc) proqramı qəbul edildi. Bu proqram çərçivəsində keçirilən təlimlərdə Varşava Paktı ölkələrinin quru qüvvələrini təmsil etmək üçün nəzərdə tutulan xüsusi bölmələrin yaradılması nəzərdə tutulurdu. Proqrama daha çox realizm vermək üçün OPFOR qurumlarının hərbi qulluqçuları Sovet İttifaqına bənzər bir uniforma daşıyırdılar və Sovet Ordusunun döyüş nizamnaməsinin qaydalarına əməl edirdilər.

Gizliliyi götürülən materiallara əsasən, müharibədən sonrakı dövrdə istehsal edilən ilk PT-76 və T-54 sovet tankları 60-cı illərin sonlarında ABŞ poliqonlarına gətirildi. Göründüyü kimi, bunlar Cənub-Şərqi Asiya və Yaxın Şərqdəki döyüşlərdə ələ keçirilən trofeylər idi. Sovet İttifaqı tərəfindən Şimali Vyetnama göndərilən Sovet zirehli vasitələri amerikalı mütəxəssisləri təəccübləndirmədi. Onlar qısa məsafədə kobud ərazilərdə yaxşı manevr və hərəkətliliyə malik olan üzən PT-76 tanklarının 12,7 mm-lik zirehli pulemyotlara qarşı həssas olduğunu, T-54 tanklarının ön zirehinin isə ABŞ-ın 90 və 105 mm tank toplarının nüfuz etməsinə mane ola bilmədiyini aşkar etdilər. Sovet tanklarına quraşdırılan nişangahlar və radiostansiyalar köhnə sayılırdı, qüllənin daxili şəraitini isə "Spartan" adlandırdılar. Eyni zamanda Sovet zirehli vasitələrinin istismarının sadə olduğu, yüksək ixtisaslı heyət tələb etmədiyi və asanlıqla təmir edilə biləcəyi qeyd edilirdi. Növbəti dəfə ABŞ üçün daha müasir avadanlıq və silah modelləri ilə tanış olmaq imkanı, "Qiyamət Günü" müharibəsində ərəb koalisiyasının məğlubiyyətindən sonra ortaya çıxdı. Amerikalıları 115 mm-lik silindrli top ilə təchiz edilən dünyanın ilk zirehli vasitəsi olan T-62 tankının döyüş imkanları xüsusilə maraqlandırırdı. T-55 və T-62 tanklarından başqa ABŞ İsraildən BTR-60, "Malyutka" TƏİRK, S-75 ZRK və P-12RLS əldə etdi.

Hərəkət keyfiyyətini və silahlarını sınaqdan keçirdikdən sonra trofey sovet tankları "Eqlin" poliqonunda A-10A "Thunderbolt II" hücum təyyarələrinin sınaqları zamanı istifadə olundu. T-62 tanklarının birini 30 mm GAU-8/A aviasiya topunun uran nüvəli mərmiləri ilə atəşə tutdular. Digər bir mühərriki çalışan tank, "hava-yer" tipli, istilik özütuşlama başlığına sahib AGM-65 "Maverick" aviasiya raketinin zərbəsinə hədəf oldu.

Prinsipcə, davamlı müharibədə olan İsrail tərəfi ABŞ silahlarının tədarükü əvəzində Pentaqonu zəruri miqdarda trofey Sovet zirehli vasitələri ilə təmin etməyə hazır idi. Lakin ABŞ gündəlik fəaliyyətdə Sovet istehsalı olan tank və piyada döyüş vasitələrini istismar etməyə hazır deyildi. Personalin yenidən hazırlanması ilə yanaşı, ehtiyat hissələri ilə təchizat problemini həll etmək lazım idi. Nəticədə Sovet istehsalı olan ağır zirehli vasitələrin geniş istifadəsindən imtina edildi, ilk mərhələdə təlimlərə BDRM-2 kəşfiyyat vasitələri, BTR-60PB zirehli personal daşıyıcıları və PT-76 üzən tankları cəlb edildi.

"Kemp Devid" müqaviləsindən və Misirlə İsrail arasındakı sülh müqaviləsinin imzalanmasından sonra, Misirlə ABŞ arasında yaxınlaşma başladı. Hərbi və iqtisadi yardımın əvəzində Ənvər Sədat ABŞ-a SSRİ-dən alınan hərbi texnikaların verilməsinə razılıq verdi. Nəticədə digər avadanlıqlar ilə bərabər, 73 mm-lik top və "Malyutka" TƏİRK-lə təchiz edilən BMP-1 piyadaların döyüş maşını da ABŞ-a verildi.

Sovet BMP-1 maşınlarını detallı bir şəkildə araşdıran amerikalılar, Sovet maşınının ön qorunmasına nüfuz edə biləcək yeni 25 mm-lik M242 "Bushmaster" toplarını BMP M2 "Bredley" maşınlarına quraşdırdılar.

Sovet və rus hərbi texnikası ABŞ ordusunda və sınaq mərkəzlərində

Kaliforniyanın "Fort Irvin" poliqonundakı təlimlərdə 177 zirehli tank briqadasının bazasında "qırmızı"ların vəzifəsini icra edəcək ilk ABŞ hərbi hissəsi olan "32-ci qvardiya motoatıcı alayı" yaradıldı.

Sovet istehsalı olan zirehli vasitələrin gündəlik istismarı bir sıra problemlərlə əlaqəli olduğundan və təlimlərin keçirilməsini təmin etmək üçün böyük hərbi hissələrin iştirakı zərurəti yarandığından, ABŞ ordusu tərəfindən yaxşı mənimsənilən texnikaları "maskalayaraq" istifadə etmək qərarına alındı.

70-ci illərin sonunda ABŞ ordusunda üzən və havadan endirilən M551 "General Sheridan" tanklarının artıq sayı yarandı. 1966-ci ildən bu maşınlar ABŞ kəşfiyyat və hava desant bölmələrində xidmət edirdi. Tank 152 mm-lik qısa lülə ilə təchiz edilirdi. Ondan qəlpəli-fuqas mərmilərlə və MGM-51 "Shillelagh" TƏİR ilə atəşə açmaq mümkün idi. Lakin "Sheridan" tanklarının istismarı və döyüş istifadə təcrübəsi bir çox çatışmazlıqları ortaya çıxardı. Onlar silahlanmaya qəbul edildikdən təxminən 10 il sonra nizami birləşmələrdən çıxarılaraq saxlanmaya verildi. 1980-ci ilə qədər anbarlarda 1000-dən çox yüngül tank mövcud idi, bəziləri isə VISMOD (düşmən qüvvələrini təqlid etmək üçün) yaratmaq üçün istifadə olundu.

M551 tankları, Sovet T-72 və BMP-1-ə bənzədilib

Nəticədə T-72, BMP-1, ZSU-23-4 "Şilka" və "Qvozdika" haubitsaları kimi Sovet texnikalarına bənzədilən onlarla vasitə meydan çıxdı. Qəribə və bəzən də çirkin bir görünüşünə baxmayaraq, konvertasiya edilən "Sheridan"lar 90-cı illərin ortalarına, yəni resursları tam istifadə edənə qədər, hətta Moxave səhrasında keçirilən manevrlər zamanı da aktiv şəkildə istifadə edildi. Modifikasiya edilən yüngül tankların əhəmiyyətli bir hissəsi lazer aparatına malik idi və bu, toplardan və pulemyotlardan atəş açılmasını təqlid etməyə imkan verirdi.

"Şilka"nı təqlid edən M551 tankı

"Sheridan"lardan başqa bir neçə təkərli və tam ötürücülü HMMWV avtomobilləri yenidən işləndi və onları Sovet zirehli dozor kəşfiyyatı vasitələrinə bənzətməyə çalışdılar. Lakin bu Sovet zirehli tırtıllı vasitələrindən daha uğursuz alındı.

BRDM-2 təqlid edən HMMWV avtomobili

M551 yüngül tankları, resurslarını başa vurması və istismardan çıxarıldığı üçün ABŞ istehsalı olan digər zirehli vasitələrdən istifadə edildi. ZSU-23-4 "Şilka"nı təqlid edənən azı bir VISMOD 155 mm M-109 haubitsası əsasında yaradıldı.

155 mm M-109 şassisi üzərində hazırlanan ZSU-23-4 "Şilka"

90-cı illərin ortalarından etibarən BTR M113 və M2 Bradley piyadaların döyüş maşınlarını manevrlərə qatılmaq üçün kütləvi şəkildə "qrimləməyə" başladılar. "Fort Irvin"'də yerləşən 11-ci zirehli alayının bir taborunu T-72 və BMP-2 maşınlarına bənzəyən texnikalarla təchiz etdilər. 1998-ci ildə yeni VISMOD-lar, M551 "General Sheridan" tanklarının bazasındakı bütün avtomobilləri təmamilə sıxışdırıb aradan çıxardı.

Sovet tankı kimi qrimlənən zirehli personal daşıyıcısı

VISMOD-ların yaradılmasında əsasən şüşə lifli paçadan və epoksid qətranından istifadə edilirdi ki, bu da xərclərin azaldılmasına və manevrlər zamanı zədələnmənin görünüşünü tez bir zamanda bərpa etməyə imkan verirdi. Bundan əlavə, "qırmızı"lar tərəfdə hərəkət edən qüvvələrin maşınları lazer şüalarını və pirotexnik qurğuları təyin edən bir sıra lazer stimulyatorları əldə etdilər. Bunlar isə silahların atəş açmasını və zirehli vasitələrin məhv edilməsinin vizual effektini yarada bilirdi. Bütün bunlar təlimlərin müxtəlif ssenarilərdə həyata keçirilməsinə və döyüş vəziyyətinə yaxın şəraitin yaradılmasına imkan yaradırdı.

BMP-2-ni təqlid edən 11-ci Zirehli alayın "Bradley" BMP-si

M551, M109 və M113 bazasında yaradılan maşınlar əlbətdə ki, nizami bölmələr tərəfindən istifadə edilən ABŞ zirehli vasitələrindən fərqlənirdi, lakin sovet tankları və piyada döyüş maşınları ilə müqayisədə bəzi oxşarlıqları mövcud idi. BMP-2 görünüşünə ən yaxın olan isə BMP "Bradley" bazasında yaradılan model idi. Bu maşınları əyani olaraq sovet prototipindən yalnız yüksək siluetinə görə ayırmaq olardı. Qalan detallar - qabırğalı ön hissə, yan ekranlar, qüllə və s. yüksək vizual bənzərliyə malik idi.

Ötən əsrin 90-cı illəri, ABŞ ekspertləri üçün potensial bir düşmənin silah və texnikalarının öyrənilməsində "qızıl dövr" kimi qiymətləndirilir. Varşava Paktı ləğv edildikdən və Sovet İttifaqının dağılmasından sonra, Birləşmiş Ştatlar Sovet istehsalı olan müxtəlif modellərlə ətraflı tanış olmaq üçün misilsiz imkanlara malik oldu. 80-ci illərin sonlarında ABŞ bir neçə il sonra ən müasir Sovet zirehli nəqliyyat vasitələrinin, qırıcılarının, havadan müdafiə sistemlərinin və kommunikasiya vasitələrinin onların tam ixtiyarında olacağını xəyal edə bilməzdi. Sovet İttifaqının təsir dairəsinə aid olan ölkələr, Soyuq müharibədə qalib gələn ABŞ ilə hərbi və texnoloji sirlərini bölüşməyə çalışdılar. Heç "Yeni Rusiya"nın hakimiyyəti də Varşava Paktının üzvü olan ölkələrin hökumətlərindən fərqlənmirdi. NATO-da xüsusi maraq doğuran T-80U tankı qaz turbinli mühərriklə təchiz edilirdi. T-72-dən fərqli olaraq, bu maşın digər müttəfiqlərə verilməmişdi.

1992-ci ildə Böyük Britaniya Rusiyanın "Spetsvneştexika" şirkəti vasitəsilə bir ədəd T-80U tankını və bir ədəd "Tunguska" ZRK-nı sursat və ehtiyat hissələri ilə birlikdə 10.7 milyon dollara alaraq ABŞ-a verdi. 1994-cü ildə dörd ədəd T-80U tankı Mərakeşə satıldı, lakin tezliklə məlum oldu ki, bu tanklar Şimali Afrika sahillərinə deyil, ABŞ poliqonuna çatıblar.

1996-cı ildən T-80 tankları Kipr, Misir və Koreya Respublikasına verildi. Cənubi Koreyanın silahlı qüvvələri "Aqava-2" termal nişangahı və "Ştora" TƏİRK əleyhinə kompleks ilə təchiz edilən T-80U və T-80UK tanklarını əldə etdilər.

Cənubi Koreya hərbçilərinin sərəncamında 70 ədəd BMP-3 və 33 ədəd BTR-80A mövcuddur. Rusiya istehsalı olan döyüş vasitələri Cənubi Koreya-ABŞ hərbi təlimləri zamanı dəfələrlə istifadə olunub.

"Fort Irvin" yaxınlığında yerləşən poliqonda 32 motoatıcı alayın BMP-1 maşını

Ən müasir Rusiya zirehli vasitələrinin əldə edilməsi, nümunələri detallı şəkildə öyrənməyə və ona qarşı səmərəli əks təsir vasitələrini hazırlamağa imkan verdi.

Sovet və Rusiya hərbi texnikasının istismarı, ABŞ-ın lazımlı texniki sənədlərə və ehtiyat hissələrə malik olması ilə çox asanlaşdı.

"Fort-Bliss" ABŞ hərbi bazasında İraqda ələ keçirilən T-72 tankı

ABŞ Ordusundan başqa, ələ keçirilən sovet zirehli vasitələri Dəniz Piyada Korpusunun təlimlərində də istifadə olunmağa başladı. Çünki lokal münaqişələrdə də "sürətli reaksiya" qüvvələri olan ABŞ dəniz piyadaları sovet silahı ilə təchiz olunan düşmənlə daha çox toqquşma riskinə malikdir. ADR, Polşa və Çexiya ordusunun tərkibindəki və İraqda ələ keçirilən T-72 tankları sonradan "Fort Stuart" və "Çin Gölü" poliqonlarında göründü.

DPK-nın 1-ci diviziyasının 3-cü amfibiya-hücum taborunun dəniz piyadaları düşməni T-72-dən istifadə etməklə təqlid edirlər.

T-72, BMP-1 və BMP-2 texnikaları Kaliforniyanın Kamp Pendleton şəhərində yerləşən DPK-nın 1-ci diviziyasının 3-cü amfibiya-hücum taborunun qalıcı olaraq istifadə olunur. İraqda ələ keçirilən zirehli vasitələr ştatdan artıqdır və DYM-dəki poliqonda istifadə edilir. Onların işlək vəziyyətdə saxlanılması diviziyanın təmir-bərpa taboru tərəfindən həyata keçirilir.

T-72, BMP-1 və BMP-2 maşınlarından əlavə ABŞ Ordusunun "təcavüzkar" bölmələrində və Dəniz Piyada Korpusunda çox sayda zəif zirehli MT-LB-lər də mövcuddur. Bu tırtıllı yüngül zirehli vasitələr yaxşı hərəkət xüsusiyyətləri və yüksək qüsursuzluğu sayəsində, Sovet tankları, piyada döyüş maşınları və zirehli personal daşıyıcıları ilə müqayisədə ABŞ hərbçiləri arasında daha da populyardır.

Sovet operativ-taktiki və taktiki raket sistemlərinə xüsusi diqqət yetirən amerikalılar bu silahlarla ilk dəfə döyüş şəraitində 1991-ci ildə İraq əleyhinə kampaniya zamanı qarşılaşdılar. ABŞ KİV-lərində 9K72 "Elbrus" OTRK-nın 8K-14 (R-17) raketləri ilə sınaqları barədə yazılmır. Keçmişdə bir sıra raket əleyhinə sistemlərin R-17 raketlərinin "simulyatorları" üzərində sınaqdan keçirildiyi məlumdur. Buna baxmayaraq, ABŞ poliqonlarında "Elbrus" mövcuddur, bu barədə açıq mətbuatda dərc edilən peyk görüntüləri şərhsiz şəkildə hər şeyi sübut edir.

70- 80-ci illərdə, Qərbdə "Skad B" kimi tanınan "Elbrus" OTRK, SSRİ-nin müttəfiqlərinə geniş şəkildə çatdırılıb və bir sıra regional münaqişələrdə istifadə edilib.

Google Earth peyk təsviri: Florida-nın Eqlin şəhərində "Elbrus" OTRK və R-17 raketləri, yanında olanlar Sovet tanklarıdır

Sovet İttifaqında olan maye yanacaqlı "Skad" raketlərini sərt yanacaqlı raketlə əvəz etmək üçün, üçoxlu üzən şassi üzərində 9K79 "Toçka" OTRK yaradıldı. Şərq blokunun dağılmasından əvvəl bu komplekslər Bolqarıstan, Polşa və Çexoslovakiyaya verilib, Sovet hərbi mülkiyyətinin bölünməsi ilə müstəqil respublikalara da qalıb. Şübhə yoxdur ki, amerikalılar bu raket sistemini də mənimsəyiblər.
Ordunun hava hücumundan müdafiə bölmələrinin təlimini ABŞ taktika və göyərtə aviasiya vasitələrində problemsiz həyata keçirilə bilir. Aşağı hündürlükdə uçarkən onlar Sovet "MiQ" və "Su"larından öz xüsusiyyətləri ilə çox fərqlənməsə də, Mi-24 hücum və Mi-8 nəqliyyat helikopterləri ilə vəziyyət daha qəliz idi.

İlk olaraq Mi-8-I stimulyasiya etmək üçün Bell UH-1H "Iroquois" bazasında hazırlanan bir neçə JUH-1H helikopterindən istifadə edildi. Helikopter ABŞ ordusunun aviasiyası üçün tipik olmayan kamuflyaja sahib idi və burnu dəyişdirilmişdi. 80-ci illərin sonlarında, modifikasiya edilən "Iroquois" tipli təyyarənin silahlanmasında aviasiya silahlarından istifadə olunmanı təqlid edən lazer avadanlıqlar və "tankın vurulmasını" bildirən sensorlar yerləşdirildi.

(Ardı var...)
Məlumat Linnik Sergeyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Sovet-texnikası   ABŞ  

ABŞ-ın hərbi mərkəzlərində Sovet və rus texnikaları - ARAŞDIRMA (I Yazı)

2018/10/53453-1539342597.jpg
Oxunub: 1722     14:55     12 Oktyabr 2018    