Ermənistanda Anarxiya: İnqilabçı Paşinyan, Baş nazir Nikol Paşinyan ola bilərmi?

2018/10/43758-1539333761.jpg
Oxunub: 1152     12:42     12 Oktyabr 2018    
Ermənistan hökumət hakimiyyətinin yoxluğundan dolayı hüquqi və siyasi nizamsızlıq mühiti kimi başa düşülən anarxiya vəziyyətindədir. Ermənistanın institusional disinteqrasiyasının təsirləri Avropa və Qafqazlar üçün mənfi nəticələr doğura bilər.

Ukraynanın Narıncı İnqilabına və Gürcüstanın sabiq Baş naziri Mixayil Saakaşvilinin yüksəlişi və hakimiyyətdən gedişinə şahidlik edən yüksək səlahiyyətli ABŞ rəsmisi olaraq, məni Ermənistanda hazırda baş verən hadisələr çox narahat edir.

Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan 250 min dəstəkçisini İrəvanın mərkəzi meydanında səfərbər etdikdən və Parlamenti onun hakimiyyətə gəlməsini dəstəkləməyəcəyi təqdirdə ölkəboyu tətillə təhdid etdikdən sonra bu il mayın 8-də iqtidara gəldi. Paşinyanın partiyasının 105 mandatlı parlamentdə sadəcə 9 səsə sahib olmasına baxmayaraq, Parlament onun namizədliyini təsdiqləməli oldu.

İqtidara gəldikdən etibarən özünün sözləri ilə desək “xalqın namizədi” sistematik olaraq Ermənistanın hökumət institutlarını parçalamağa və məhv etməyə başladı.

İqtidarının 100 günlüyü ilə bağlı həyata keçirdiyi ilk ictimai nitqində Paşinyan Respublika Meydanına toplaşan yüz minlərlə dəstəkçisinin qarşısında bu uğursuz bəyanatı yaydı: “Ermənistanda koalisiya hökuməti yoxdur. Ermənistanda parlamentar üstünlük yoxdur. Ermənistanda ən yüksək hakimiyyət birbaşa olaraq xalqa məxsusdur və xalq birbaşa hökmdarlıq edir. Bu o deməkdir ki, bu vaxtda etibarən bu hökumət bu meydan qarşısında hesabat verəcək, bu meydana tabe olacaq və bütün əsas qərarlar burda qəbul ediləcək. Ağlınızı başınıza toplayın və xalqın fikrini qarışdırmayın”.

Ermənistan küçələri artıq Paşinyanın hesabatlılıq və qanunun hakimiyyəti üçün üstünlük verdiyi alət olub. Dövlət orqanları, məhkəmə və parlament onun hədəfi halına gəlib. O, son parlament seçkilərini saxtalaşdırmadan dolayı qanunsuz elan etdi və bu il ərzində yeni seçkilərin baş tutacağına söz verdi. O, İrəvan Bələdiyyə Şurasının buraxdı və müxalifətin etirazları üzərinə erkən seçkilərə getdi. Oktyabrın 2-də parlament onu buraxmaq və yeni seçkilər təyin etmək istəyən Paşinyana qarşı dayandı. Paşinyan isə yenidən on minlərlə insanı küçələrə səslədi.

Paşinyan “iqtidarda olanların qanundan kənar hərəkət etməsinə sponsorluq edən imtiyazlı insanlar sinfi” adlandırdığı Ermənistan məhkəmə sistemini də heç edib.

O, çox inanclı şəkildə həyata keçirə biləcəyi taktikalara əl atır. Paşinyan mafiya üslublu siyasi mübarizə aparmaq üçün təhlükəsizlik xidmətlərini və məhkəmələri alt-üst edib. 27 iyulda Ermənistan məhkəmələrindən biri erməni müstəntiqlərin sabiq prezident Robert Köçəryanın həbsi ilə bağlı məsələ qaldırmasından bir gün sonra onun həbsinə qərar verdi. Başqa bir qərarda isə sabiq Müdafiə naziri Mikayel Harutyunyanın saxlanmasına göstəriş verildi.

Köçəryan və Harutyunyan 10 nümayişçinin ölümünə səbəb olan 2008 Mart etirazları zamanı iqtidarda olarkən konstitusional nizamı devirməyə cəhddə ittiham edilirdilər. Təsadüfən, Paşinyan həmin vaxt etirazçılar arasında olub və buna görə də iğtişaşa təşviqdən dolayı 7 il həbs cəzasına məhkum edilib.

Paşinyanın iqtidara gəlməsindən 3 ay keçməmiş sabiq rəqiblərinə qarşı tədbirlər görməsini qeyd etməklə tənqidçilər bu həbsləri artıq Baş nazir olmuş keçmiş inqilabçı tərəfindən iqtidarın sui-istifadəsi kimi tənqid edirlər. Paşinyan isə bu təqnidlərə sadəcə korrupsiyaya qarşı hərtərəfli mübarizə apardığını deməklə cavab verib.

Bu hadisələrdən sonra isə Paşinyanın Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasındakı telefon söhbəti internetdə yayıldı.

Bu söhbət zamanı Milli Təhlükəsizlik Xidmətinin direktoru bildirib ki, Baş nazir ona sabiq Müdafiə nazirinin müavinini həbsə atmağı tapşırıb. Bununla yanaşı, təhlükəsizlik rəhbəri onun bir hakimə Köçəryanın tutulması üçün təzyiq göstərdiyini dilə gətirib və əlavə edib: “Hakim mənə zəng etdi. O, bir az qorxmuşdu. Mən ona dedim ki, sizin bunu istəyib-istəməməyinizdən asılı olmayaraq, onu həbs etməlisiz”.

Paşinyanın “mən məhkəmələrə təlimat verməyəcəm” deməsinə baxmayaraq, həmin səs yazmasında bundan fərqli faktlar üzə çıxıb. Köçəryan bu ittihamlara qarşı mübarizə aparacağını söyləyərkən, hüquq mühafizə qüvvələri ona qarşı mövqe sərgilədilər. “Chatham House”nin əməkdaşı Lourens Broersə görə, Ermənistan məhkəməsinin Köçəryanla bağlı etibarlı hüquqi proses aparıb-aparmayacağı şübhəlidir.

“Problem budur ki, Ermənistan məhkəmə sisteminin islahatlar üçün demək olar ki, vaxtı olmadı. Təhlükəli məqam isə ən yüksək standartların dəstəklənməsindəki hər hansı bir uğursuzluğun prosesi keçmişi ilə bağlı bir cəmiyyətdən daha çox “viktorun ədaləti” kimi görünməsini təmin edə biləcəyidir”.

Şəffaflıq, hesabatlılıq və hüququn üstünlüyü Şərqi Avropa və keçmiş Sovet İttifaqının demək olar ki, bütün dövlətlərindən zərbə altındadır. Dövlət İnstitutlarını öz istəyinə uyğun olaraq zəiflədən bir lider kimi Nikol Paşinyan artıq fəxrlə Macarıstan prezidenti Viktor Orban, Çexiya Baş naziri Andrej Babis, Albaniya Baş naziri Edi Rama və Belarus prezidenti Aleksandr Lukaşenko yanında öz yerini tuta bilər.

Lakin Avropa və Qafqazlar üçün olan təhlükə Paşinyanın inşa etdiyi, tezliklə özünün və dəstəkçilərinin başında çatlaya biləcək “populist “Potyomkinin kəndidir”. Dövlət institutlarını zəiflədərkən, eyni zamanda iqtidarı küçənin əlinə vermək anarxiyaya gedən yoldur. Erməni siyasi şərhçi Qevorq Hautyunyan da qeyd etdiyi kimi: “Əsas sual budur ki, inqilabçı Nikol Paşinyan Baş nazir Nikol Paşinyan ola bilərmi?”.

Hələlik göstəricilər heç də müsbət deyil.

Washington Times
Adam Ereli keçmişdə ABŞ-ın Bəhreyndəki səfiri və Dövlət Departamentinin mətbuat katibi vəzifələrində çalışıb
Tərcümə etdi: Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ermənistan   Paşinyan  

Ermənistanda Anarxiya: İnqilabçı Paşinyan, Baş nazir Nikol Paşinyan ola bilərmi?

2018/10/43758-1539333761.jpg
Oxunub: 1153     12:42     12 Oktyabr 2018    