200-dən artıq gürcünü xilas edən azərbaycanlı qəhrəman kimdir? - ARAŞDIRMA (FOTOLAR)

2018/10/41723-12307056688.jpg
Oxunub: 5636     12:30     01 Oktyabr 2018    
Bu gün illər öncə Sovet ordusunu Azərbaycanın Ağdam rayonunun Mahrızlı kənd qəbirstanlığına toplanmasına vadar edən gənc azərbaycanlının qəhrəmanlıq səlnaməsindən söz açacağıq. O azərbaycanlı gəncdən ki, onun qəhrəmanlığı sayəsində onlarla insan ölümün pəncəsindən yaxa qurtarıb. O gənc ki, onun qəhrəmanlığı nəinki, Sovetlər Birliyində hətta dünyanın bir çox ölkələrində insanlar arasında örnək kimi göstərilib. O qəhrəman ki, Azərbaycanın – ümumilikdə türk dünyasının əzəli düşməni olan erməni millətinin zabiti tərəfindən kölgə altına salınıb...

Ordu.az-ın budəfəki araşdırma mövzusu hələ Sovetlər Birliyi dönəmində erməni zabitinin Azərbaycan xalqına qarşı törətdiyi məkirli siyasət nəticəsində qəhrəmanlığına kölgə salınmış Rahib Məmmədovdur...

Rahib Məmmədov kimdir?

Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqust ayının 25-də Ağdam rayon Mahrızlı kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra rayon kənd təsərrüfatı texnikomuna daxil olur. Mexanikləşdirmə ixtisasında təhsil alan R.Məmmədov təhsilini yarımçıq qoyaraq 1985-ci ilin oktyabr ayında Sovet Ordusu sıralarına - həqiqi hərbi xidmətə çağrılır. O, Gürcüstanda yerləşən hərbi hissədə xidmətə başlayır. Rahib öz peşəsinə uyğun olaraq “BTR” markalı döyüş maşının mexaniki kimi xidmət edir. Sıravi Məmmədovun xidmət apardığı ölkədə yaranan zərurət onun qəhrəmanlığını üzə çıxarır...

“Rahib hələ xidmətə getməzdən öncə, məktəbli yaşlarından avtonəqliyyat texnikalarının müharrikini təmir etməyə həvəs göstərirdi. Bu həvəsin yaranmasına səbəb uzun illər atamın sürücü işləməsi, yəni qapımızda yük maşının olması idi. O, hələ VI sinifdə oxuyarkən atamın idarə etdiyi ZİL markalı yük maşının mühərrikini təmir edən mütəxəsisə yaxından kömək edirdi. Hətta o yaşlarında yük maşınını idarə etməklə yanaşı onlarda olan texniki nasazlığı dərhal anlayır və onu təmir etməyi bacarırdı”, - deyə qardaşı Sahib Məmmədov xatırlayır.

S.Məmmədovun sözlərinə görə, Rahibin məhz “BTR” maşınının mexaniki kimi xidmət etməsi onun ürəyincə olur. O ki qaldı onun cəsarətli olmasına Rahib hələ gənc çağlarından tay-tuşları arasında qoçaqlığı ilə fərqlənir, hər zaman vətənpər hərəkətləri ilə yadda qalırdı.

"Əgər o xidmətdən sağ qayıtsaydı mütləq öz ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olacaqdı. Amma qismət elə gətirdi ki, o başqa millət uğrunda öz canından keçdi", - deyə anası Məmmədova Roza bildirib.

Onun qəhrəmanlığı...

R.Məmmədov Sovet Gürcüstanının Batumi şəhəri yaxınlığındakı Xelveçaumi qəsəbəsində yerləşən motoatıcı hərbi hissədə xidmət edir. Hərbi hissədə əsasən yüngül zirehli hərbi texnikalar və döyüş maşınları yerləşib. Sürücü-mexanik kimi qüsursuz xidmət edən R.Məmmədova dəfələrlə komandanlıq tərəfindən təşəkkür elan edilir.

Qardaşının qəhrəmanlığını xatırlayan S. Məmmədov, onun hərbi xidmətini şərəflə yerinə yetirdiyini, andına sonacan sadiq qaldığını deyib: "1987-ci ilin yanvar ayının sonları idi. Televizorda xəbərlər proqramıda Gürcüstanın cənubunda 6 metr hündürlüyündə qar yağdığını göstərdilər. Rahib həmin ərazilərə yaxın olduğu üçün düzü atamgil narahatçılıq keçirirdi. Sanki onlara agah olmuşdu ki, həmin ərazidə nəsə baş verəcək. Belə də oldu... Havalar isinməyə başlayanda Göyçə dağlarındakı qar əriməklə yanaşı həm də o ərazidə güclü yağışlar başladı. Nəticədə Qara dənizdə suyun səviyyəsi qalxdı. Yarımada şəkilində olan Xobi rayonunun Çaladidi kəndindən keçən Rioni çayı öz məcrasından çıxır və kənd güclü sel suları altında qalır".

Bütün bəndləri qıran Rioni çayı kəndi 3-4 metr dərinlikdə olan selə məruz qoyur. Kənd əhalisi evin damlarına, ağaclara, telefon dirəklərinə çıxaraq sağ qalmağın yollarını axtarırlar. Hərbi hissəyə xilasetmə əməliyyatı əmr edilir. Həmin hadisə 1987-ci il “Kommunist Qruzii” jurnalının 3-cü nömrəsində, sovet ordusunun polkovnik-leytenantı Neonid Krivenko tərəfindən “tam təfauratı” ilə verilir. Əlbəttə ki, Sovet hökümətinə sərf etdiyi qaydada...

Qeyd olunan bütün materiallarda Çaladidi sakinlərinin sovet əsgərləri tərəfindən xilas edilməsi və həmin xilasetmə zamanı azərbaycanlı əsgər R.Məmmədovun xüsusi fədakarlıq göstərməsi, hətta xilasetmə zamanı qəhrəmancasına həlak olması qeyd olunur...

Bu faktı təstiqləyən sənədlərdən ən önəmlisi isə hadisədən sonra hərbi hissə komandanlığının R.Məmmədovun ailəsinə göndərdiyi məktub olur.

Məktubun Mətni:

Hörmətli Gülmalı Xurşud oğlu, Roza Pənah qızı, dostlar, qohumlar, tanışlar

Bizim hərbi hissənin komandanlığı, partiya və komsomol təşkilatları sizin oğlunuz, qardaşınız, dostunuz sıravi əsgər Rahib Məmmədovun faciəli ölümünü xəbər verir.

Hərbi hissəmizdə xidmətə başladığı ilk gündən Rahib özünü yüksək dərəcədə vicdanlı, sədaqətli, intizamlı bir əsgər kimi göstərib. Qısa müddətdə o hərbi peşəyə dərindən yiyələnmiş, təlim əlaçısı kimi hörmət qazanmış, sosialist vətənimizin layiqli müdafiəçisi olub. Hərbi xidmətdə fərqləndiyinə görə Rahib dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılıb. Əsgər yoldaşları onu rota komsomol bürosunun üzvü seçmişdilər. Fevralın 1-də Rahib bölmənin üzvləri ilə birlikdə Potiyə, seldən zərər çəkmiş adamlara köməyə göndərildi.

Rahibin idarə etdyi avtomobil təhlükəli zonada 30 dəfə reyd edir, 28 nəfəri ölümdən qurtarır. Bunların çoxu uşaqlardır. Hər reyd böyük risq tələb edirdi və bu təhlükələr Azərbaycan xalqının şöhrətli oğlunu qorxutmurdu. Axırıncı reydlərdən birində maşın qüvvətli selə və küləyə davam gətirmədi, idarəetməni çətinləşdirdi. Sizin oğlunuz böyük qəhrəmanlıq, mərdlik, hərbi ustalıq göstərərək ekipaj üzvlərini və maşını xilas etməyə çalışırdı. O son dəqiqələrə qədər mərdliklə mübarizə apardı və qəhrəmanlıqla həlak oldu.

Qəhrəman oğlunuzun əziz xatirəsini hərbi hissəmizin əsgərləri həmişə ehtiramla yad edəcək.

Böyük Vətənimizə layiq müdafiəçi tərbiyyə edib yetişdirdiyinizə görə sizə öz təşəkkürümüzü bildiririk.

Bu ağır matəm anlarında hərbi hissəmizin bütün şəxsi heyəti sizinlədir, sizinlə birlikdə kədərlənir. Bizim səmimi hisslərimizi və başsağlımızı qəbul etmənizi xahiş edirik.

Hərbi hissənin komandanlığı

Məktubun mətnindən də göründüyü kimi soydaşımız R.Məmmədovun qəhrəmanlığı açıq-aşkar ortadadır. Ancaq bu aysberqin görünən tərəfidir...

İşin əsl üzü isə illər sonra Gürcüstanda, həmin hadisə baş verən əraziyə dəvət edilən ailəyə məlum olur. Rahibin qardaşı Sahib Məmmədovun dediklərinə görə yerli insanlar onları böyük ehtiramla qəbul edir. Sonra isə sakinlərin bir çoxu hadisə zamanı Rahibin maşınından başqa heç bir maşının xilasetmə əməliyyatında sona qədər iştirak etmədiyi bildirirlər.

"Yerli sakinlər dedilər ki, hadisə yerinə cəmi dörd BTR gəlib. Onların ikisi suya girməkdən imtina etdilər. İlk reysə cəmi iki maşın girdi. Maşınlar suya girən kimi digər maşında nasazlıq yarandı. Batma təhlükəsi ilə üzləşdi. Rahibin ilk işi həmin BTR-i xilas etmək oldu. Onlar sudan kənara çıxandan sonra nasazlıq yaranan maşının komandir mayor rütbəli zabit Rahibin idarə etdiyi maşına mindi. Çox çəkmədən Rahibin maşını yenidən suya girib əməliyyata başladı. Həmin gün çox çətin hava şəraiti höküm sürürdü. Havada helikopterlərin olmasına baxmayaraq, güclü yağış və külək uçuş imkanlarında məhdudiyyətlər yaradırdı. Rahib ilk olaraq uşaqları, qocaları və qadınları xilas edib təhlükəsiz əraziyə gətirirdi", - deyə Rahibin qardaşı eşitdiklərini danışır.

Hərbi hissəyə xilasetmə əmri verilən zaman, o, ilkin olaraq 10 BTR heyətlə birlikdə yola düşür. Həyacan siqnalı ilə, maksimum surətlə hərəkət edən maşınların beşi yollarda texniki nasazlıq səbəbindən hadisə yerinə gələ bilmir. Yerli sakinlərin qeyd etdiyi kimi, komandir maşınından başqa dörd maşın əraziyə gəldikdən sonra onların ikisi selin dəhşətini görüb suya girməkdən imtina edir. Yuxarıda qeyd edildiyi kimi iki maşın xilasetməyə qoşulsa da onun biri elə əməliyyatın ilk saatlarındaca batma təhlükəsi ilə üz-üzə qalır...

Hadisənin şahidləri ailə ilə söhbət zamanı Rahibin iki yüzdən artıq insanın həyatını xilas etdiyini qeyd edirlər. Rahib dayanmaq və durmaq bilmirdi. Ona insanların harada olduğunu helikopterdən müşahidə aparan rus zabitlər xəbər verirdi. Gərgin əməliyyat uğurla başa çatır. Artıq xilas ediləsi insan qalmayıb. Rahibin maşını onları yaxınlıqdakı dəmiryol körpüsünün üstündə dayanan briqadaya təhvil verir. Və Rahibə sonuncu tapşırıq verilir.

Həmin səhnəni Sahib Məmmədova yerli sakinlər belə danışıblar: "Onların sözlərinə görə, Rahibə komadirlər deyib ki, dəmiryol körpüsünün beton dirəklərində yığılıb qalan kötükləri, ağac parçalarını vurub dağıtsın. Çünki həmin kötüklər orada suyun şişməsinə səbəb olaraq axına mane olurdu. Rahib maşınla gəlib böyük kötüklərə ilk zərbəni endirdi. Sonra qarşısı açılan sel suları orada güclü burulğan əmələ gətirdi. İdarəetmə çətinləşmişdi. Rahibin maşınında olan rus zabitinin ayağı sınmışdı. O zabitin həyatını xilas etməyi bacardı. Belə ki, maşından düşərək mayoru körpünün üstünə qaldırmağa yardım etdi. Sonra növbəti zərbədə Rahib suya yıxılaraq maşınla beton dirəyin arasında qalır".

Qəhrəmancasına həlak olan soydaşımız doğulduğu, Ağdam rayon Mahrızlı kənd qəbrstanlığında Sovet ordusunun yüksək rütbəli zabitlərinin və əsgər yoldaşlarının iştirakı ilə - yaylım atəşi sədaları altında dəfn edilir. Ancaq ovaxtkı hökumət R.Məmmədova layiq olduğu fəxri adı vermir. Səbəb isə yenə erməni xislətidir...

Xilasetmə zamanı ərazidə cavabdeh şəxslərdən biri olan, ermənistanlı zabit Martun Şamuyan bölmələrin xilasetmə əməliyyatına qoşulmaması, yolda baxımsızlıqdan sıradan çıxmış hərbi texnikalarla bağlı faktları gizləməklə yanaşı, xilas edilən iki yüzdən çox insanın 28 nəfərini Rahibin adına, qalanını isə əməliyyata girməyən digər heyətin adına yazır. Bundan başqa Rahibin həm də azərbaycanlı olması və qəhrəmanlıq göstərməsi Martun Şamuyanı narahat etməyə bilməzdi. Axı qorxaraq suya girməyən heyət arasında ermənilər də olub... Beləliklə hələ Sovetlər dönəmində bir azərbaycanlının qəhrəmanlığına kölgə salınması daşının altında yenə erməni ilanı çıxır.

Qəhrəman soydaşımıza ən böyük dəyəri isə elə Çaladidi sakinləri verir. Rahibin böyük büstü qoyulur və onun adı müqəddəsləşdirilir.

Sonda onu da qeyd edək ki, xilasetmə zamanı Rahibin həyatını xilas etdiyi hamilə qadın bir neçə gün sonra oğlan övladı dünyaya gətirir. Həmin gürcü balasına Rahib adı verilir. Əldə etdiyimiz məlumata görə, hazırda həmin gürcü Rahib Azərbaycana məxsus SOCAR şirkətində çalışır...

Elgün Gəncimsoy
Ordu.az

Foto

Teqlər: Gürcüstan   Rahib-Məmmədov  

200-dən artıq gürcünü xilas edən azərbaycanlı qəhrəman kimdir? - ARAŞDIRMA (FOTOLAR)

2018/10/41723-12307056688.jpg
Oxunub: 5637     12:30     01 Oktyabr 2018    