YPG və İŞİD arasında qarşıdurmalar davam edir

2018/09/161018_The_War_Against_ISIS_1537881324.jpg
Oxunub: 466     17:14     25 Sentyabr 2018    
YPG/PKK və İŞİD terror qruplaşmaları arasında Suriyanın Deyr əz-Zor vilayətində qarşıdurmalar səngimək bilmir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, sentyabrın 11-dən başlayan qarşıdurmalar bu gün ərzində bölgənin Həccin və ətraf zonalarında daha da şiddətlənib.

Ağır silahların da istifadə edildiyi qarşıdurmalarda YPG/PKK terror qruplaşmasının 7 üzvü öldürülüb, 5-i yaralanıb, 3-ü isə əsir düşüb.

Qeyd edək ki, İŞİD-in itkiləri ilə bağlı məlumat verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: YPG/PKK   İŞİD  

YPG və İŞİD arasında qarşıdurmalar davam edir

2018/09/161018_The_War_Against_ISIS_1537881324.jpg
Oxunub: 467     17:14     25 Sentyabr 2018    