Netanyahu: “Suriyada İrana qarşı fəaliyyətlərimizi davam etdirəcəyik”

2018/09/Снимок_1537878257.png
Oxunub: 281     16:25     25 Sentyabr 2018    
“Rusiyanın Suriya hava zonasının təhlükəsizliyini gücləndirməsi sadəcə olaraq buradakı Rusiya hərbi qüvvələrini təhdidlərdən müdafiə etmək məqsədi güdür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İsrail Baş naziri Benyamin Netanyahu səsləndirib.

O qeyd edib ki, Suriyada İsrailin milli təhlükəsizliyinə təhdid olan hər bir aktora qarşı qətiyyətlə mübarizə aparılacaq.

“Son 3 il ərzində biz Moskva ilə hərbsizləşdirilmiş zona yaratmağa nail olduq. Fikrimcə, bu olduqca ciddi uğurdur. Lakin bu zonanın xaricində belə İsrailə təhdid ola biləcək hər hansısa ünsür formalaşarsa, biz dərhal lazımi addımları atacağıq. Xüsusilə də, İrana qarşı Suriyada fəaliyyətlərimiz davam etdiriləcək”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   İran   Suriya  

Netanyahu: “Suriyada İrana qarşı fəaliyyətlərimizi davam etdirəcəyik”

2018/09/Снимок_1537878257.png
Oxunub: 282     16:25     25 Sentyabr 2018    