Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

2018/09/411c4faa2d234480de75fb9c865a89e8_1537873366.jpg
Oxunub: 510     14:56     25 Sentyabr 2018    
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko və Belarus Müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi general-mayor Sergey Simonenko ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Ordu.az

Teqlər: Azərbaycan   Belarus  

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

2018/09/411c4faa2d234480de75fb9c865a89e8_1537873366.jpg
Oxunub: 511     14:56     25 Sentyabr 2018    