ABŞ QQ elektron müharibə komandalarını artırmağı düşünür

2018/09/image-1537862242.jpg
Oxunub: 448     11:51     25 Sentyabr 2018    
ABŞ Quru Qoşunları yeni meydana gələn təhdidlərdən dolayı elektron müharibə və havadan müdafiə komandalarının sırasına əlavə personal cəlb etməyi planlaşdırır.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin rəhbəri Mark Esper bildirib.

Almaniyadakı amerikalı hərbçilərlə bir araya gələn Esper cari və potensial təhdidlərlə üzləşmək baxımından ordunun strukturunda bəzi dəyişikliklər aparılmasının zəruri olduğunu vurğulayıb.

“Bəzi imkanların yenilənməyə ehtiyacı var. Bunlara havadan müdafiə və elektron müharibə bölmələrini aid etmək olar və biz hazırda bunu etməkdəyik”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ-QQ   Elektron-Müharibə  

ABŞ QQ elektron müharibə komandalarını artırmağı düşünür

2018/09/image-1537862242.jpg
Oxunub: 449     11:51     25 Sentyabr 2018    