Azərbaycan SQ dünyanın 50 ən güclü ordusu arasındadır" - Yəhya Musayev

2018/09/14745-1537860228.jpg
Oxunub: 607     10:39     25 Sentyabr 2018    
"Bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu arasındadır".

Ordu.az xəbər verir ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda müdafiə sənayesinin yaradılması ölkəmizin müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verib: "Azərbaycanın hərbi qüdrəti durmadan artır. Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad bunun əyani sübutudur".

Y.Musayev deyib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib.

Ordu.az

Teqlər: Azərbaycan   Ordu  

Azərbaycan SQ dünyanın 50 ən güclü ordusu arasındadır" - Yəhya Musayev

2018/09/14745-1537860228.jpg
Oxunub: 608     10:39     25 Sentyabr 2018    