Rusiya və Çin ABŞ HHQ-ni məğlub edə bilər: Amma necə?

2018/09/42411535_332127834023344_2953353747637469184_n_1537797876.jpg
Oxunub: 514     21:03     24 Sentyabr 2018    
Rusiya və Çin ordusu MiQ-31, T-50, J-20 təyyarələri ilə ABŞ-ın AWACS, JTARS və havada yanacaqdoldurma təyyarələri olan “Boeing” KC-135, KC-46 “Pegasus” təyyarələrinə hücum edə bilər.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu təyyarələr xüsusilə hava bazalarının az və bir-birindən uzaqda yerləşdiyi Sakit okean zonasında effektli ola bilir.

Lakin havada yanacaq doldurma tankerlərin ləngliyi “Axilles dabanı” ola bilər. Hazırda Çin məhz bu zəifliyi aradan qaldırmağa çalışır. Rusiya və Çinin birlikdə 3 cari uzaq məsafəli hava-hava raket proqramı mövcuddur. Bunlar “R-37M RVV-BD, KS-172 (aka K-100) və Çinin PL-15 layihələridir.

Rusiyanın yeni R-37M RVV-BD uzaq məsafəli hava-hava raketi artıq MiQ-31BM-lərdə ilkin əməliyyat qabiliyyəti əldə edib. O, mərhələli şəkildə Su-35S və T-50 PAK-FA stels təyyarələrinə inteqrasiya ediləcək.

RVV-BD-nin maksimum mənzilinin 200 dəniz milindən az olması ehtimal edilir. “Novator”un layihələndirdiyi KS-172-nin isə ondan fərqli olaraq 200 dəniz milindən uzaq hədəflərə qarşı effektli ola biləcəyi bildirilir. Lakin onun istehsalının nə vaxtsa tam yekunlaşacağı hələ də sual altındadır. Bu layihənin istehsal mərhələsinə keçməyəcəyinə dair bir sıra spekulyasiyalar mövcuddur.

Rusiya ilə parallel olaraq Çin də 120 mil zərbə radiusuna malik PL-15 raketini təkmilləşdirir. PL-15 silahı ABŞ Hərbi Hava Qüvvələrinin yuxarı dairələri tərəfindən yeni nəsil silahların təkmilləşdirilməsinə əsas səbəblərdən biri kimi nəzərdən keçirilir. ABŞ HHQ-nin Hava Döyüş Komandanlığının komandiri general Herbert Karlisle məhz PL-15-I nəzərə alaraq AIM-120 AMRAAM raketlərinin yeniləri ilə əvəz olunmalı olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin   Rusiya  

Rusiya və Çin ABŞ HHQ-ni məğlub edə bilər: Amma necə?

2018/09/42411535_332127834023344_2953353747637469184_n_1537797876.jpg
Oxunub: 515     21:03     24 Sentyabr 2018    