Hindistan ordusu yeni tank və raketlər əldə edəcək

2018/09/42472025_330649331039606_4655334989372588032_n_1537797690.jpg
Oxunub: 498     20:27     24 Sentyabr 2018    
Hindistan Hərbi Satınalmalar Şurası ordu üçün 1,25 milyard dollarlı hərbi texniki vasitələrin alışını və istehsalını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təsdqilənən hərbi texniki vasitələrə “Akash” raketləri və T-90 tankları daxildir.

Məlumata əsasən, layihə çərçivəsdində “Akash” raketləri “Bharat Dynamics”dən alınacaq. T-90 tankları isə Müdafiə Sənayesi Nazirliyi tərkibindəki Müdafiə Tədqiqat və Təkmilləşdirmə təşkilatı tərəfindən ərsəyə gətiriləcək.

Qeyd edək ki, ümumi dəyəri 1,25 milyard dollar dəyərindəki layihənin qarşıdakı 6 il ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Akash   T-90  

Hindistan ordusu yeni tank və raketlər əldə edəcək

2018/09/42472025_330649331039606_4655334989372588032_n_1537797690.jpg
Oxunub: 499     20:27     24 Sentyabr 2018    