Britaniya ordusu yeni süni zəka texnologiyasını sınaqdan keçirir

2018/09/42416640_1401203513346163_4159143804282077184_n_1537797450.jpg
Oxunub: 332     20:06     24 Sentyabr 2018    
Birləşmiş Krallıq ordusu döyüş meydanında düşmənə qarşı istifadə edilməsi mümkün olan yeni süni zəkalı skan texnologiyasını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, SAPİENT adlı texnologiya Kanadanın Monreal vilayətində şəhər mühitindəki şərti döyüş meydanında sınaqdan keçirilib. O, sınaq zamanı sensor skan imkanlarından istifadə edərək əsgərlərə qarşı təhdidlərlə bağlı xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib ki, bu texnologiya düşmən hərəkətini müəyyənləşdirmək üçün CCTV növlü avadanlıqlardan istifadə edən əsgərlərin yükünü azaltmaqla yanaşı, bu prosesdə insanın yol verə biləcəyi xətaları da aradan qaldıracaq.

Sistem digər təcrübi hərbi texnologiya ilə birlikdə sınaqdan keçirilib. Bunlara robot eksoskelet dəstləri, gecəgörmə cihazları və nəzarət sistemləri də daxildir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Böyük-Britaniya   Süni-Zəka  

Britaniya ordusu yeni süni zəka texnologiyasını sınaqdan keçirir

2018/09/42416640_1401203513346163_4159143804282077184_n_1537797450.jpg
Oxunub: 333     20:06     24 Sentyabr 2018    