Birlik komandanı və icra başçısı medalla təltif olunub - FOTOLAR

2018/09/42457-9226778202.jpg
Oxunub: 4619     17:36     24 Sentyabr 2018    
Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə hərbçilərin görüşü keçirilib. Görüş zamanı ordu birliyi komandiri, Silahlı Qüvvələrin general-mayoru Hikmət Həsənov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı Eyvaz Hüseynov “Azərbaycan Vətən Müharibəsi” İctimai Biriliyi tərəfindən Azərbaycan Ordusunun yüz illiyi münasibəti ilə təsis edilmiş medalla təltif olunublar.

Mərasimdə birlik komandiri Hikmət Həsənov çıxış edərək gənc nəslin hərbi vətənərvərlik ruhu ilə tərbiyyə olunmasında bilavastə qazilərin böyük rolu olduğunu diqqətə çatdırıb. General bu vacib və şərfli yolda qazilərə uğurlar arzu edərək hər zaman onlara əllərindən gələn yardımların əsgəməyəcəyini diqqətə çatdırıb.

Digər çıxış edən şəxslər hərbi hissələrdə şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri alqışladıqlarını, hər zaman Ali Baş Komandanın əmri ilə silaha sarılıb döyüşə atılmağa hazır olduqlarını bildiriblər.

Həmçinin Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Eyvaz Hüseynov xalqla ordu birliyinin günü-gündən daha da sıxlaşması halını yüksək qiymətləndirdiyini qeyd edərək bildirib ki, bu vəhdət yaxın gələcəkdə dövlətimizin Ermənistan üzərində qələbəsinin addım səsləridir.

Sonda çıxış edən Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Xocavənd rayon təşkilatının sədri, Beyləqan özünümüdafiə batalionunun komandiri və ehtiyyatda olan zabit Akif Həsənov çıxış edərək bildirib ki, son illər silahlı qüvvələrin bölmələrinin cəbhəboyu zonada düşməni məyus etməsi zabitlərimizin peşəkarlıq səviyyəsindən xəbər verir.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Hikmət-Həsənov   Eyvaz-Hüseynov  

Birlik komandanı və icra başçısı medalla təltif olunub - FOTOLAR

2018/09/42457-9226778202.jpg
Oxunub: 4620     17:36     24 Sentyabr 2018    