Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı bölgə şurasının mətbuat katibi Əbdül Rəhman Manqal bildirib.
O qeyd edib ki, ordu bölgənin Caqtu şəhərində 20 hərbçinin saxlanıldığı qiyamçıların nəzarətindəki həbsxananın azad edilməsi üçün əməliyyat keçirib.
Rəsmi məlumata əsasən, əməliyyatlar nəticəsində 42 qiyamçı məhv edilib, daha 30-dan çoxu isə yaralanıb.
Qeyd edək ki, əməliyyat nəticəsində qiyamçılar şəhəri tamamilə tərk etmək məcburiyyətində qalıblar.
Dəyanət Ağalarlı
Ordu.az