Venesuelada Rusiya bazasının açılması planlara daxil deyil

2018/09/14931-1537788513.jpg
Oxunub: 277     15:26     24 Sentyabr 2018    
“Rusiya və Venesuela arasında hərbi və diplomatik əlaqələrin gündən-günə genişlənməsi hər iki tərəfin marağındadır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Venesuelanın Rusiyadakı səfiri Karlos Tortosa bildirib.

O qeyd edib ki, son zamanlarda ABŞ və bir sıra beynəlxalq aktorların verdiyi bəyanatlar Venesuelaya hərbi müdaxilənin edilə biləcəyini göstərir.

“Biz Rusiya ilə əlaqələrin genişləndirilməsinin bu təhdidlərə veriləcək ən tutarlı cavab olduğunu başa düşürük. Karakas və Moskva ikitərəfli əlaqələrin daha da genişləndirilməsində olduqca maraqlıdır. Lakin Venesuelada Rusiya hərbi bazasının açılması hələlik aktual deyildir”, - deyə Tortosa bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Hərbi-baza  

Venesuelada Rusiya bazasının açılması planlara daxil deyil

2018/09/14931-1537788513.jpg
Oxunub: 278     15:26     24 Sentyabr 2018    