KBR şirkəti Pentaqon üçün kibertəhlükəsizlik sistemləri üzərində işləyəcək

2018/09/recei-1537787233.jpg
Oxunub: 282     14:56     24 Sentyabr 2018    
Pentaqon və KBR korporasiyası arasında kibertəhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin icraçı direktoru Stüart Bredi bildirib.

O qeyd edib ki, şirkət layihə çərçivəsində Pentaqon üçün kiber hücumlara qarşı onlayn müdafiə bazası formalaşdıracaq.

Məlumata əsasən, biometrik və şərti sistemlərin, sensor vasitələrin və proqram təminatının təkmilləşdiriləcəyi layihənin ümumi dəyəri 3 milyard dollardan yüksəkdir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: KBR   Pentaqon  

KBR şirkəti Pentaqon üçün kibertəhlükəsizlik sistemləri üzərində işləyəcək

2018/09/recei-1537787233.jpg
Oxunub: 283     14:56     24 Sentyabr 2018    