Britaniya donanmasının sualtıları Suriyaya göndərilibmi?

2018/09/10682-1537786121.jpg
Oxunub: 335     14:48     24 Sentyabr 2018    
Böyük Britaniya mediası donanmanın sualtı döyüş gəmilərinin deyilənlərin əksinə olaraq Suriyanı vurmaq üçün göndərilmədiyini iddia edir.

Ordu.az Britaniya KİV-lərinə istinadən xəbər verir ki, donanmanın tərkibindəki sualtı döyüş gəmiləri nəinki Suriyaya göndərilməyib, ümumiyyətlə Aralıq dənizinə də daxil olmayıb.

Mənbələrin iddialarına əsasən, Böyük Britaniyanın bildirilənin əksinə olaraq öz donanma qüvvələrini bu regiona göndərməməsinin başlıca səbəbi donanmanın hazırda o potensialda olmamasıdır.

Belə ki, 2017-ci ildə ABŞ-la keçirilən birgə hərbi təlimlərdə olduqca aşağı səviyyə nümayiş etdirən Böyük Britaniya donanmasının Suriyada uğurlu əməliyyatlar keçirmək qabiliyyətində olması müəyyən qədər şübhə doğurur. Məhz buna görə də ölkə rəhbərliyi qeyd etdiyinin əksinə olaraq Suriya sahillərinə sualtı döyüş gəmiləri göndərməyə risq etməyib.

Qeyd edək ki, daha öncə Tereza Mey öz açıqlamasında potensial kimyəvi silah istifadəsinə dərhal cavab vermək üçün raket təchizatlı Böyük Britaniya sualtı gəmilərinin Suriya sahillərinə göndərildiyini bildirmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Suriya   HDD  

Britaniya donanmasının sualtıları Suriyaya göndərilibmi?

2018/09/10682-1537786121.jpg
Oxunub: 336     14:48     24 Sentyabr 2018    