“Suriyadakı təhlükəsiz bölgələri artırmağa davam edəcəyik” – Ərdoğan

2018/09/thumb-1537776168.jpg
Oxunub: 472     12:01     24 Sentyabr 2018    
“İnşallah önümüzdəki dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə Suriya daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Türk-Amerika Milli Yönləndirmə Komitəsi (TASC) tərəfindən təşkil edilən tədbirdə çıxış edən Ərdoğan Suriyada 4 min kv-km ərazinin PYD-YPG və İŞİD-dən təmizləndiyini diqqətə çatdırıb.

“Şəhidlər verərək həyata keçirdiyimiz əməliyyatlar nəticəsində 260 mindən çox suriyalı qardaşımızın vətənlərinə geri dönməsini təmin etdik. Son olaraq İdlib böhranında olduğu kimi, tək bir sivilin belə burnunun qanamaması üçün diplomatik sahədə sıx cəhdlər həyata keçirdik. Bir dönəm terrorçuların əl-qollarını sallayaraq gəzişdiyi bölgələrdə bu gün suriyalı uşaqlar heç bir qorxu duymadan məktəblərinə gedir. Afrində, Əl-Babda, Cerabulusda gedirlər. İnşallah önümüzdəki dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə, Suriya daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ərdoğan   Türkiyə  

“Suriyadakı təhlükəsiz bölgələri artırmağa davam edəcəyik” – Ərdoğan

2018/09/thumb-1537776168.jpg
Oxunub: 473     12:01     24 Sentyabr 2018    