ƏÜO komandanı: "Azərbaycan SQ Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrilib"

2018/09/12-1537772413.jpg
Oxunub: 1968     10:58     24 Sentyabr 2018    
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 02 iyul 2018-ci il tarixdə Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 7-ci ehtiyat zabit hazırlığı kursunu bitirərək ehtiyata buraxılmış zabitlərə vəsiqələri təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin hərbi elmi əsaslarla yaratdığı Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrilib.

Ümummilli liderimizin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ordu, birləşmə və hissələr mühüm təşkilatlanma yolu keçərək hər keçən gün daha da güclənir. Keçirilən təlimlərdə peşəkarlığı artan hərbi qulluqçularımız ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlirlər. Son dövrlər hərbi xidmətə marağı artan gənclərimiz hazırlıq kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişirlər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yeddincisi təşkil edilmiş ehtiyat zabit hazırlığı kursunda 163 nəfər iştirak edib. Onlardan 32 nəfəri kursu bitirdikdən sonra ordu sıralarında xidmətini davam etdirib, 131 nəfəri isə ehtiyata buraxılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ehtiyatda olan zabitlərə vəsiqələri təqdim edilir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyev ölkəmizdə aparılan geniş miqyaslı ordu quruculuğundan və muxtar respublikamızın etibarlı müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıblar. Çıxış edənlər eyni zamanda müvafiq qurumlarda işləmək imkanı olduğunu bildirərək ehtiyatda olan zabitlərə ixtisaslarına uyğun iş yerləri də təklif ediblər.

Sonda 02 iyul 2018-ci il tarixdə ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək ilkin zabit rütbəsi almış gənclərə vəsiqələri təqdim edilib.

Ordu.az

Teqlər: ƏÜO   Naxçıvan  

ƏÜO komandanı: "Azərbaycan SQ Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrilib"

2018/09/12-1537772413.jpg
Oxunub: 1969     10:58     24 Sentyabr 2018    