Pakistanda təhlükəsizlik qüvvələri 9 terrorçunu məhv edib

2018/09/_20180922_221241_1537640000.jpg
Oxunub: 510     22:14     22 Sentyabr 2018    
Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan dağlıq ərazilərində baş verən terror hücumu nəticəsində 7 əsgər həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Vəziristanın mərkəzi şəhəri Miranşahda yerləşən polis rəsmisi bildirib.

Onun sözlərinə görə, bomba zərərsizləşdirmə manqasının üzvləri təhlükəsizlik qüvvələrinin keçidi üçün yolu təmizləyərkən terrorçuların hücumuna məruz qalıb.

Əfqanıstanın Paktika vilayətindən hücum edən terrorçular 7 əsgəri qətlə yetirib, 1 nəfəri isə yaralayıblar.

O, əsgərlərin hücuma qarşılıq verməsi ilə meydana gələn qarşıdurmada azı 9 terrorçunun məhv edildiyini bildirib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Terror   Pakistan  

Pakistanda təhlükəsizlik qüvvələri 9 terrorçunu məhv edib

2018/09/_20180922_221241_1537640000.jpg
Oxunub: 511     22:14     22 Sentyabr 2018    