İrandakı terror aktını İŞİD qruplaşması üzərinə götürüb

2018/09/thumb-1537623889.jpg
Oxunub: 694     17:44     22 Sentyabr 2018    
İŞİD terror qruplaşması İranın Əhvaz şəhərində baş verən terror aktının məsuliyyətini öz üzərinə götürüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı terrorçu qruplaşmaya yaxın mənbələr bildirib.

Məlumatda qeyd olunub ki, hücum əvvəlcədən planlaşdırılıb və hər şey də plana uyğun şəkildə baş verib. Xəbərdə həmçinin İran prezidenti Həsən Ruhaninin də hadisə yerində olduğu bildirilib.

Qeyd edək ki, daha öncə müxtəlif hökumət mənbələri hücumun əvvəlcə Səudiyyə Ərəbistanının dəstəklədiyi Əl-Əhvaziyə qruplaşması tərəfindən, daha sonra isə ABŞ və terrorun bölgədəki dəstəkçiləri tərəfindən həyata keçirildiyini iddia etmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   İŞİD   Terror  

İrandakı terror aktını İŞİD qruplaşması üzərinə götürüb

2018/09/thumb-1537623889.jpg
Oxunub: 695     17:44     22 Sentyabr 2018    