Sabiq XTHH mənsubu medallarla təltif edilib - FOTOLAR

2018/09/01-1537614644.jpg
Oxunub: 1081     15:02     22 Sentyabr 2018    
Xüsusi Təyinatlı Hərbi Hissədə xidmət etmiş, ehtiyatda olan hərbçi medallarla təltif edilib.

Ordu.az xəbər verir ki, bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Sumqayıt şəhər təşkilatında keçmiş döyüşçü Rövşən Səyyar oğlu Məmmədov medallarla təltif edilib.

Təltif edilmədən öncə təşkilatın sədri, birinci qrup müharibə əlili Tumuraz Mansurov birlik barədə məlumat verib.

"Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi 26 avqust 1994-cı ildə Ulu Öndər Heydər Əliyevin sənəncamına əsasən yaranıb. Təşkilatın sıralarında 70 min ehtiyatda olan döyüşçü var. Təşkilatın başlıca fəaliyyəti, müharibə veteranlarının, müharibə əlillərinin, şəhid ailələrinin hüquqlarının müdafiəsi, maddi və mənəvi yardımları ilə məşqul olmaq, veteranlara diqqət qayğı göstərməkdir. Ölkə rəhbərliyi tərəfindən veteranlara diqqət və qayğı yüksək səviyyədədir. Təqdimatlar əsasında rəyasət heyətinin qərarı ilə bir sıra veteranlarımız müxtəlif formalarda, medallarla təltif olunublar. İstər döyüş meydanlarında fərqlənən, istərsə də ictimai fəaliyyəti ilə seçilən veteranlarımız medallarla təltif olunublar. Ümumilikdə Sumqayıt şəhərində şöbəmizin təqdimatı əsasında 15 nəfər baş idarənin qərarı ilə medalla təltif olunub. Xatırladım ki hazırda 3700 üzvümüz var və tədricən bir çoxları təltif olunacaq

Bu gün də birliyimiz tərəfindən ehtiyatda olan döyüşçü Rövşən Məmmədov həm Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyinin üzvülüyünə qəbul olunur, həm də Ordunun yaranmasının 100 illiyi ilə əlaqədər medalı və Müharibə veteranı medalı ilə təltif olunur. Nəzərinizə çatdırım ki, Rövşən Məmmədov 1991-ci ildən 2000-ci ilə qədər cəbhə bölgəsinin ən qaynar nöqtələrində xidmət edib və üzərinə düşən xitməti layiqincə yerinə yetirib", - deyə təşkilatın sədri bildirib.

Ehtiyatda olan hərbçi Rövşən Məmmədov da Qarabağ müharibəsi illərində Vətənə xidmətindən danışıb: "Döyüşlər başlayan ərəfədə Vladimirski vilayətində akademiyada oxuyurdum. Bir sıra kursantla akademiyanı yarımçıq qoyub vətənə geri döndüm və orduya daxil oldum. Xüsusi təyinatlı hərbi hissədə xitmət etməyə başladım. Xidmət etdiyim hərbi hissə tapşırılan bütün döyüş tapşırıqlarını layiqincə həyata keçirən hərbi hissə kimi seçilirdi.

Daha sonra Ümumilli Lider Heydər Əliyevin sərəncamına verilən hərbi hissədə xidmət etmişəm. Qarşımıza qoyulan bütün döyüş tapşırıları yerinə yetirdik. Ən son xidmət etdiyim hərbi hissə isə Daşkəsən-Gədəbəy bölgəsində olub. 2000-ci ildə ehtiyata buraxılmışam. Tez-tez cəmiyyətin üzvləri ilə tədbirlərdə iştirak edirəm. Ordudan ehtiyata buraxılsaq da, biz Ali Baş Komandanın əmrini gözləyən hərbiçilərik. Hər an yenidən döyüşlərə atılmağa hazırıq. Gənc hərbiçilərlə çiyin-çiyinə işğal olunmuş torpaqlarımızı xilas etməyə hazırıq".

Daha sonra təşkilat sədri qeyd edib ki, hazırda birlik veteranlarla birgə hərbi hissələrdə əsgərlərlə görüş, əsgərlərin ruh yüksəkliyini artırmaq məqsədilə konsert və mükafatlandırma proqramlarının təşkilini düşünür.

"Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə bir sıra proqramlarımız var. Hərbi hissələrdə görüşlərin təşkili nəzərdə tutulub. Birlik sədri onu da qeyd edib ki, yalnız veteranların bir arzusu var - Ali Baş Komandanın torpaqları geri alın əmrini eşitmək. 70 minlik üzvümüz 70 minlik ordu deməkdir. Aramızda əlillərin olmasına baxmayaraq, silah tutan əlimiz və təcrübəmiz var. Bədənimdə 120 qəlpə yarası olsa da, birinci qrup əlil olsam da düşmənlə savaşa daim hazıram", - deyə o fikirlərini yekunlaşdırıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Veteran   Mükafat  

Sabiq XTHH mənsubu medallarla təltif edilib - FOTOLAR

2018/09/01-1537614644.jpg
Oxunub: 1082     15:02     22 Sentyabr 2018    