Hindistan PUA-ları: Həvəs ehtirası üzərində düşüncələrin uçuşu - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/09/1111-1537611780.jpg
Oxunub: 2120     14:22     22 Sentyabr 2018    
Hindistan özünün hərbi ehtiyaclarını qarşılamaq üçün təxminən on ildir yerli PUA-larını hazırlayır. Bu sahədə işlərin vəziyyətini qiymətləndirmək üçün ən əhəmiyyətli layihələrin bəzilərinə nəzər salaq. Hindistan PUA istehsalına başlayandan sonra kiçik və orta sinif üçün platformalar sahəsində böyük uğurlara imza atmaqdadır.

Hindistan silahlı qüvvələrinin artan tələbatını qarşılamaq üçün "Aeronautical Development Establishment" (ADE), "National Aerospace Laboratories" (NAL), "Hindustan Aeronautics Limited" (HAL) и "Bharat Electronics Limited" (BEL) kimi şirkətlər kəşfiyyat aparmaq, məlumat toplamaq, hədəf göstərmək və silahları tuşlamaq üçün aparatlar hazırlamağa başlayıblar.

"İsrail Aerospace Industries" (IAI), "ideaForge" və "Edall Systems" kimi özəl şirkətlər də PUA-ların layihələndirilməsində və istehsalında dövlət tədqiqat təşkilatları ilə birlikdə çalışır. Bombey və Kanpur Texnologiya İnstitutu kimi Akademik müəssisələr də Hindistanın yerli PUA istehsalında vacib rol oynayır.

"Tactical Air-Borne Platform for Surveillance-Beyond Horizon 201 (TAPAS-BH 201)" adını alan və DRDO tərəfindən hazırlanan "Rustom-2" PUA-sı ilk uçuşunu 2016-ci ilin ilin noyabrında həyata keçirdi.

Hindistan hərbçiləri artıq kəşfiyyat əməliyyatlarında, sərhəd təhlükəsizliyində, dəniz patrul xidmətində və dəqiq zərbələrdə PUA-lardan istifadə edir. Hindistan hökuməti silahlı qüvvələrinin artan ehtiyaclarını qarşılamaq üçün yerli və xarici, əlbəttə ki, əsasən İsrail istehsalı platformalara, milyonlarla dollar sərmayə qoyur.

Hindistanın istehsalı əsasən mikro, mini, taktiki və MALE (medium-altitude long-endurance - orta hündürlükdə uzaq müddət) tipli PUA-ları əhatə edir. Əsasən, layihələr sıfırdan başlayır, inteqrasiya isə xarici şirkətlərin köməyi ilə həyata keçirilir.

Hindistan alimləri son texniki yeniliklərdən və yüksək ixtisaslı kadrlardan istifadə edərək, avtonom idarəetməyə sahib yerli qurğular inkişaf etdirə biliblər: sadə istismar və istifadə rahatlığı, mənfi iqlim şəraitinə adaptasiya, funksional rahatlıq və aşağı əməliyyat xərcləri və s. Bütün bu üstünlüklər bir çox hallarda digər pilotlu sistemlərlə PUA arasında seçim etməyə kömək edir.

"Suchan"

Yeni PUA "Suchan"

CSIR-NAL (Elmi və Sənaye Araşdırma Şurası - Milli Aerokosmik Laboratoriya) birgə müəssisəsi Hindistan hərbi və mülki strukturlarının mikro və mini PUA-lara olan ehtiyaclarını ödəmək məqsədi ilə yaradılıb. Daha əvvəllər 3 mikro PUA-nın ("Black Kite", "Golden Hawk" və "Pushpak") layihə müəllifi olan aparıcı istehsalçı şirkət hazırda "Suchan" mini PUA-sını hazırlayır.

"Suchan"ın hazırlanması 2012-ci ildə dövlətin planlaşdırdığı və təklif etdiyi CSİR layihəsinə əsasən başladıldı. 2014-ci ildə isə platforma baza konfiqurasiyada sınaqlara hazır oldu. Platformada istifadə edilən yerli avtopilot, GPS peyk sistemi solo uçuşları yerinə yetirməyə imkan verir. PUA yüngül nəql edilə bilir, əldən buraxılır və kifayət qədər davamlı füzelyaj üzərində istənilən ərazidə yerə enə bilir.

"Suchan" platforması daim təkmilləşdirilir. "Aero İndia 2017" sərgisində təqdim edilən model, gündüz və ya infraqırmızı kamera ilə təchiz edilirdisə, modernləşirilən versiya bunların hər ikisini daşıya bilir. Əvvəlki dairəvi korpus, həcmi artırmaq üçün düzbucaqlı korpus ilə əvəz olunub. Bu isə əlavə həcm əldə etməklə yanaşı burun hissədəki avadanlıqları alt hissəyə keçirməklə aparatın sabitliyini artırmağa imkan verdi.

Kompozit materiallardan geniş istifadə etməklə ümumi kütlənin azaldılması və qanadlar arası məsafənin 1.6 metrdən 1.85 metrə qədər artırılması, yeni versiyalı elektrik mühərikin uçuş müddətini 75-dən 120 dəqiqəyə qədər artırmağa imkan verdi. Bundan əlavə, uçuş müddətini artırmaq üçün qanad quraşdırma bucağı azaldıldı, bu isə aşağı yüksəkliklərdə fəaliyyət üçün daha əlverişli şərait yaratdı.

O, aerodinamik keyfiyyətlər də istifadə edilmədikdə korpusun daxilinə yığılan elektron optik cihaz hesabına daha da təkmilləşdirilib. Praktiki uçuş yüksəkliyi 90-300 metr təşkil edir, 3.5 kq tam uçuş çəkisi ilə maksimum hündürlük 1400 metrə çatır. Qısa məsafəli enmə və qalxma məsafəsinə malikdir. Onun şaquli enmə və qalxma xüsusiyyətinə sahib olması gözlənlir.

"Suchan" Elmi və Sənaye Tədqiqatları Şurası - Milli Aerokosmik Laboratoriyaları tərəfindən hazırlanıb

Mövcud sistem patrul rejimində aralıq GPS koordinatları vasitəsilə fəaliyyət göstərir, real vaxtda PUA-nın görüntülərini monitorda əks etdirən və yaddaşa yazan sadə bir interfeys tərəfindən yerdən idarə olunur. Rabitə itkisi və ya batareyanın zəif olması halında PUA "təhlükəsiz uçuş" rejiminə keçir və start nöqtəsinə qayıdır. Aparatı asanlıqla iki nəfər toplaya bilir.

Aparat ərazi formasını təkrarlayan rejimdə, geoloji bağlantını və sabitləşmə rejimində ardıcıl fotoşəkillərin montajını həyata keçirə bilir.

"Suchan" sərhəd və sahil zonasının mühafizəsində, döyüş zərərinin qiymətləndirilməsində, meteoroloji məlumatların toplanmasında, xəritəçəkmədə, meşə yanğınlarında, eləcə də axtarış və xilasetmə əməliyyatlarında istifadə edilə bilər. Kompleks Hindistanın bir sıra dövlət idarələri tərəfindən istifadə edilib və Hindistan Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan keçirilib.

NAL məlumat verir ki, hazırda "Suchan"ın da daxil olduğu 5-10 kq-lıq PUA sinfini yeniləmək üçün işlər aparılır. CSRI Şurası ilə əməkdaşlıq edən CEERI (Central Elektronika Engineering Research Institute) hazırda hədəf göstərməni və video axını eyni zamanda ötürülməsini peyk vasitəsilə təmin edən aparat hazırlayır.

Hazırda kənd təsərrüfatı və mülki sektorda ərazilərin topoqrafik tədqiqatını aparmaq məqsədi ilə çoxspektrli yüksək imkanlı sensorlar və uzun dalğalı infraqırmızı kameralardan istifadə planlaşdırır.

"Suchan" PUA-sı, Hindistan hərbçiləri üçün ABŞ, İsrail və Avropada hazırlanan aparatların alternativini təşkil edir. Bu platforma gələcəkdə "AeroVironment" istehsalı "Raven" və ya "Elbit Systems"in "Skylark I" PUA-ları kimi daha çox uzun müddətli uçuş və digər xüsusiyyətlərini artırmaq üçün geniş sensorlar dəstini qəbul edə bilər.

"Imperial Eagle"

Hindistanın DRDO təşkilatı (Defence Research and Development Organisation- Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatı) PUA inkişafında, xüsusən də mini və orta səviyyədə geniş təcrübəyə malikdir. Portfelində real həyatda sınaqdan keçən bir sıra sistemlər mövcuddur. Onlar arasında uzaqdan idarə olunan "Kapothaka" mini aparatını, "Ulka" və "Lakshya" hava hədəflərini, "Nishant" taktiki pilotsuz aviasiya kompleksini, CSIR-NAL tərəfindən birgə yaradılan və sınaqdan keçirilən "Imperial Eagle" mini PUA-sını, "IdeaForge" ilə birgə yaradılan "Netra" kvadrokopterini və MALE sinfindən "Rustom" PUA-sını görmək mümkündür.

DRDO hazırda bir neçə platformanı təkmilləşdirmək üçün layihələr üzərində işləyir və digərlərini, məsələn, "Rustom-2", "Panchi" və "Lakshya-2" layihələrini də inkişaf etdirir. Həmçinin "Rustom-H", tamamilə Hindistan istehsalı olacaq AURA perspektiv layihələrinin inkişaf imkanları nəzərdən keçirilir.

DRDO tərəfindən yaradılan platformalar arasında ən çox müvəffəqiyyət əldə edən və bir çox təşkilat tərəfindən istifadə olunan "Imperial Eagle" və "Netra" PUA-ları idi. Mini PUA, CSIR-NAL birgə inkişafının meyvəsidir. Aparat obyektləri müşahidə etmək və izləmək üçün istifadə olunur. Onun fırçasız elektrik mühərriki 90 km/saat maksimum sürət toplamağa imkan verir. Axımlı formaya malik yüngül pilotsuz aparatın uzunluğu 1.2 metrdir, təxminən 2.3 kiloqram ağırlığındadır və 1,6 metr qanadlar arası məsafəyə malikdir. Uçuş müddəti 60 dəqiqədir. Maksimum uçuş məsafəsi 10 km, praktiki uçuş yülsəkliyi isə 4300 metrdir.

Əldən buraxılan PUA kürək çantasında daşına bilər. Bu PUA tamamilə avtonom olduğundan operatora pilot bacarıqları tələb olunmur. Aralıq uçuş koordinatları RTOS (real-time operating system) sistemi vasitəsilə dəyişdirilə bilər.

Kompleks tərkibinə daxildir: yerüstü izləmə sistemi, avtopilot, RTOS vasitəsilə istiqamətləndirməyə nəzarət funksiyalı sistem, yüksək imkanlı gündüz və ya gecə kamerasını bərkitmək üçün asqı. PUA 10 km radiusda yerüstü stansiyaya davamlı olaraq görüntü ötürə bilir. Bundan əlavə, onu avtomatik siqnal gücləndirici sistemi və ya GPS ilə izləmək mümkündür.

Kompleks 2012-ci ildə ordu silahlanmasına daxil olmağa başladı. İlkin olaraq federal polis, milli qvardiya, xilasetmə xidmətləri və bir sıra ştatların yerli rəhbərliyi tərəfindən istifadə edilib. Hindistan ordusu tərəfindən Cammu və Kəşmir əyalətində sınaqdan keçirilib və istifadəsi də istisna edilmir.

"Netra"

"Netra" kvadrokopteri

DRDO-nun digər bir layihəsi olan "Netra" PUA-sı, 2012-ci ildə "ideaForge" ilə birlikdə təqdim edildi. Bu kvadrokopter portativ, tam müstəqil mikro PUA sinfinə aiddir. Aparat əks-fırlanan vintlər ilə təchiz olunub, şaquli qalxma və enməni yerinə yetirmək asanlaşıb, pilot bacarıqları səviyyəsi minimuma endirilib. Cihazın ümumi həcmi 0.9 m3-dən çox olmadığı üçün onun məhdud məkanlardan istifadəsi mümkündür. Batareyalar PUA-nın 50 dəqiqədən çox havada qalmasına imkan verir, sabit idarəetmə məsafəsi 10 km, maksimum asılma yüksəkliyi isə 2000 metrdir.

Kvadrokopter yan küləyin 8 m/san sürətində belə aktiv fəaliyyət göstərir. Faydalı yük kimi gündüz kamerasını və ya 360° panoramalı, 4x böyütməyə, 10x optik yaxınlaşdırmaya malik termal kameranı daşıya bilir. Bu isə günün istənilən vaxtında kəşfiyyat, müşahidə və xilasetmə əməliyyatları üçün kvadrokopterdən istifadə etməyə imkan verir. Qurğu müstəqil surətdə obyektləri izləyir, sabit görüntüləri isə real rejimdə yerdəki idarəetmə stansiyasının ekranında göstərir.

"Netra" kompleksinin tərkibi sərtləşdirilən noutbuk və ya planşet şəklində olan yerüstü idarəetmə stansiyasından, uzaqdan kameranın və onun parametrlərinin idarəetmə sistemindən, PUA-nın yerləşməsini, uçuş trayektoriyasını və uçuş planını əks etdirən kartoqrafiya proqram təminatından və PUA kamerasının çəkdiyi videoların real vaxtda axınına imkan verən məlumat ötürmə kanalından ibarətdir.

"Netra" aparatı batareyaların boşalması halında müstəqil olaraq enə bilir. Əlaqə itdikdə və ya çox güclü külək olduqda PUA, start mövqeyinə dönməsi üçün funksiyaya da sahibdir.

Bir çox polis bölmələri, hərbi və yarımhərbi qüvvələr, mülki və sənaye müəssisələri, məsələn, federal polis, ordu və sərhəd qoşunları bu PUA-lardan istifadə edirlər. Bu aparatlardan 2013-ci ildə Uttarançal ştatında təbii fəlakət, 2015-ci ildə Tamil Nadu ştatında sel, 2015-ci ildə Nepalda zəlzələ, eləcə də 2016-cı ildə Pakistan ordusu ilə toqquşmalar zamanı fəal istifadə edilib.

"Nişant"

DRDO dərinliklərindən sərbəst buraxılan digər bir layihə 1995-ci ildə başlanan "Nishant" PAK idi. 2008-ci ildə ilk uçuşunu həyata keçirən çoxməqsədli "Nishant" taktiki PUA-sı, kəşfiyyat məlumatlarını toplamaq, kəşfiyyat, müşahidə aparmaq, obyektləri nəzarətdə saxlamaq, top atəşini nizamlamaq və zərərin qiymətləndirilməsi üçün istifadə olunur və radiotexniki kəşfiyyat funksiyalarını yerinə yetirə bilir.

385 kq ağırlığında "Nishant" hidropnevmatik atıcı qurğusundan buraxılır, enmə zamanı zərbənin təsirini azaltmaq üçün pnevmoamortizatordan və paraşütdən istifadə edərək geri dönür.

2011-ci ildə kompleks sınaqlarından sonra 4 ədəd PUA Hindistan ordusuna təhvil verildi. 2013-2015-ci illərdə baş verən qəzalar, Hindistan ordusunun kompleksi satın almaqdan imtina etməsi ilə nəticələndi. Bu isə proqram üçün bir çox problemlərə səbəb oldu. Hindistan ordusunun 12 ədəd bu tip komplekslərə tələbatı mövcuddur, lakin hazırda onlar üçün bütün sifarişlər ləğv edilib.

"Pançhi"

"Pançhi" adlını alan PUA əslində qısa zolaqdan istifadə edə bilən, "Nişant"ın təkərli variantıdır. Hazır PUA bu ilin sonunda DRDO tərəfindən təqdim edilməli idi. İlk radio ilə idarə edilən sınaq uçuşu 2014-cü ildə başa çatıb. Uzunmüddətli uçuş, pnevmoamortizatorlar və paraşüt sisteminin olmaması istisna olmaqla "Panchi", "Nishant"ın əsas modeli ilə eyni xüsusiyyətlərə malikdir. İlkin məlumatlara görə, CSIR-NAL və "Vehicle Research and Development Establishment" istehsalı olacaq yeni porşenli rotor mühərriklə "Pançhi" 150 km/saat sürətlə uçacaq.

"Panchi" aparatının korpusu kompozit materiallardan hazırlanır və kiçik effektli əksetdirmə sahəsinə malikdir. Bununla onun sutka ərzində fasiləsiz müşahidə, kəşfiyyat, məlumatların toplanması, hədəf göstərmə kimi vəzifələri yerinə yetirə biləciyini ehtimal etmək olar.

Hindistan ordusu, əvvəlki "Nishant" ilə neqativ təcrübəsindən sonra "Panchi" kompleksini qəbul edəcəyi aydın deyil, lakin bu aparat sırf ordunun tələblərini yerinə yetirmək üçün xüsusi olaraq yaradılıb. "Pançi" kompleksi müvəffəqiyyətli olsa, İsrailin "Searcher" sisteminin əvəz edə bilər.

Üfüqi pərlərə sahib orijinal "Rustom" PUA-sı "Rustom-2"nin növbəti versiyası olan "Rustom-2"/TAPAS-BH 201 üçün texnoloji baza oldu

"Rustom-2" yeni layihəsi üçün baza kimi xidmət edən "Rustom" (Döyüşçü) aparatı 2010-cu ildə ilk uçuşunu müvəffəqiyyətlə tamamladı. "Rustom" 80-ci illərdə "Light Canard Research Aircraft" layihəsi (ön pərli yüngül eksperimental vasitə) üçün CSIR-NAL tərəfindən hazırlanıb. "Rustom-2"ni inkişaf etdirdikdə, ön pərli orijinal konfiqurasiyadan imtina edilərək, yüksək qanadlara və T şəkilli pərlərə sahib ənənəvi konfiqurasiyaya üstünlük verdilər. Qanadlarda yerləşən turbo mühərrikləri və geri çəkilə bilən üç dayaqlı şassi PUA-nı digər aparatlardan fərqləndirir.

Bu yaxınlarda "Rustom-2" PUA-sı uğurlu "Tactical Air-Borne Platform for Surveillance-Beyond Horizon 201 (TAPAS-BH 201)" abbreviaturasını qəbul etdi. İstehsalçıların fikrincə, o, başlıca olaraq müşahidə etmək kimi yalnız qeyri-döyüş vəzifələrini yerinə yetirəcək.

TAPAS-BH 201 ilk uçuşunu 2016-cı ilin noyabr ayında "Aeronautical Test Range" (ATR) sınaq poliqonunda həyata keçirdi. 2.1 ton kütləyə və 20.6 metr qanad arası məsafəyə malik olan aparat 6700 metr maksimum yüksəklikdə, təxminən 24 saat fasiləsiz uça bilir. Əsasən müşahidə və məlumat toplanması kimi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur.

TAPAS-BH 201-in müxtəlif kombinasiyalarda müxtəlif hədəf yüklərini daşıya biləcəyi bildirilir. Bura radiotexniki və elektron kəşfiyyat vasistələri, gündüz və gecə əməliyyatları üçün qısa və orta mənzilli elektron optik cinazlar, aktiv fazalı RLS, toqquşmaların aradan qaldırılması üçün dəniz RLS-ləri və s. daxil ola bilər.

TAPAS-BH 201 Hindaistanın CEMILAC sertifikatlaşdırma və uçuşa yararlılıq Mərkəzinin sertifikatına layiq olan ilk Hindistan PUA-sı oldu. DRDO təşkilatı, bu aparatı Hindistan Silahlı Qüvvələrinə təqdim etməzdən öncə daha 9 prototip hazırlamağı və sınaqdan keçirməyi planlaşdırır. Layihə müvəffəqiyyətli olarsa, İsrailin IAI "Heron"ları bu aparatlarla əvəz edilə bilər.

"Golden Hawk", CSIR-NAL AURA/Ghatak tərəfindən uğurla inkişaf etdirilən mikro PUA-lardan biridir

DRDO təşkilatı Hindistan silahlı qüvvələri üçün gələcəyin texnologiyalarına əsaslanan daha müasir PAK-ları inkişaf etdirmək niyyətindədir. Perspektivli DRDO proqramına "Autonomous Unmanned Research Aircraft" (AURA) eksperimental platforması, UCAV zərbə aparatı və digər günəş batareyalı enerji təchizatına malik çoxməqsədli aparatların hazırlanması daxildir.

AURA layihəsi, lazer silahı daşımağa qadir olan taktiki, aşağı görüntülü bir aparatdır. 1.5 ton ümumi çəkiyə malik PUA 300 km məsafədə və 9000 metr maksimum hündürlükdə uça bilir. Proqram 2009-cu ildə başlayıb, bir neçə dəfə dayandırılsa da sonra yenidən başlayıb.

2014-ci ildə proqramın son, yenidən başlamasından sonra layihəyə Aviasiya İnkişaf idarəsi də qoşuldu və AURA-nın yeni layihəsi "Ghatak" (sui-qəsd edən) adı altında həyata keçirilməyə başlandı. AURA-nın "Ghatak" PUA-sının inkişafında bir neçə DRDO bölməsinin - aviasiya inkişafı, elektronika laboratoriyası, avionika və qaz-turbin mühərriklərinin tədqiqatı və s. - iştirak edəcəyi gözlənilir. Aşağı sürətli sınaqlar Kanpur İnstitutunda keçiriləcək. Tam hazır modelin inşası 2023-ci ilə başa çatacaq.

"Hindustan Aeronautics Limited" (HAL) kompaniyası DRDO ilə əməkdaşlıq edərək taktiki "Gagan" PUA-sını hazırlayır. Aparat 250 km məsafədə və 6000 metr yüksəklikdə fəaliyyət göstərə biləcək. HAL kompaniyası Hindistanın "Chetak" helikopterlərini pilotsuz NRUAV platformasına çevirmək üçün İsrailin IAI şirkəti ilə birgə işləməyə ümid edir. NRUAV-da istifadə ediləcək hərəkətli anten sistemi gəmilərin müşahidə sahəsinin genişlənməsinə, təyyarələrin, qanadlı raketlərin, suüstü və sualtı gəmilərin fəaliyyəti barədə erkən xəbərdarlıq sisteminin məlumatlarla təmin edilməsinə imkan verəcək.

Onun radarı avtomatik rejimdə asanlıqla 80 dəniz mili məsafədə patrul katerini raşkar edərək izləyə və ya 64 hava hədəfini eyni zamanda müşayiət edə bilir. Pilotsuz helikopter platforması müxtəlif hədəf yükləri ilə təchiz olunaraq dəniz akvatoriyasına nəzarət etməklə yanaşı, həm də istənilən hava şəraitində gəmilərə lazımi resursları çatdırmaq üçün istifadə ediləcək.

DRDO təşkilatı 5 saat uçuş müddətinə və 150 km maksimum uçuş məsafəsinə sahib "Pawan" PUA-sının istehsalı üçün IAI ilə birgə müəssisə yaradacaq. Bu PUA-lar xüsusiyyətlərinə görə İsrailin "Eye View", "Hermes 180" və "Silver Arrow" ilə müqayisə oluna bilər. İctimaiyyətə yuxarıda göstərilən proqramlar barədə daha ətraflı məlumat hələ də açıqlanmır.

Hindistanda dövlət müəssisələrindən başqa bir çox özəl şirkət ölkənin silahlı qüvvələrinin tələblərinə cavab verməyə çalışır. Məsələn, TATA-TASL şirkəti təhlükəsizlik qüvvələrinin və müxtəlif mülki strukturların təcili ehtiyaclarını ödəmək üçün "Aquilon", "Urban View" və "Cruiser" mini PUA-larını hazırlayır. "Godrej" və BEL firması da pilotsuz vasitələrin istehsalı ilə məşğul olur.

Gözlənildiyi kimi, Hindistanın həm hərbçilərinin, həm də digər qurumlarının PUA-ya tələbatı getdikcə artacaq. Bu kateqoriyaya ilk növbədə "mini", taktiki, MALE və HALE (High-Altitude Long-Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) aparatları aiddir. Hindistanlı istehsalçıların pilotsuz sistemlərin fasiləsiz davam edən inkişaf layihələrinə baxmayaraq, orta və böyük PUA sinfində ölkə bazarının ehtiyaclarını ödəmək son dərəcə çətindir. Bəzi təxminlərə görə, hərbi sektorda bu problemlər ən azı bir neçə il də davam edəcək.

Kommersiya sektorunda, sərhədlərin qorunmasında və yataqların kəşfiyyatında yaranan PUA tələbatı birgə müəssisələr və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində qarşılana bilər. Hindistan taktiki, MALE və HALE tipli pilotsuz aviasiya komplekslərini inkişaf etdirməyə çalışan azsaylı ölkələrdən biridir. Eyni zamanda ölkənin taktiki PUA və MALE kateqoriyalı komplekslərinin müasir platformalarına da ciddi ehtiyacı vardır.

Bu kontekstdə əsas çətinlik investisiya və resurslar arasında düzgün balansı təmin etməkdən ibarətdir. Yalnız vasitələr və aparatlar əldə edilmir, istənilən xarici istehsalçılara yatırılan hər hansı bir qısa və ya ortamüddətli investisiyalar məntiqi infrastruktur və servis xidmətləri ilə müşayiət olunmalı, təlim sistemi təşkil edilməli, hərbi qurumlarda PUA-nın operatoru/pilotunun rolu təyin edilməlidir.

Yeni sistemlərin qəbulu zamanı doktrinada və döyüş istifadəsi nəzəriyyəsində yeniliklər müəyyən edilməli və bu yeniliklər mövcud müdafiə konsepsiyasına inteqrasiya edilməlidir.

Problemin həlli variantlarından biri ortamüddətli perspektivdə mövcud hazır sitemləri tətbiq edərək, gələcəkdə PAK-ların yeni nəslinin yerli istehsalını gücləndirməkdən ibarət ola bilərdi. Lakin ölkə sənayesinin PUA istehsalında çox az təcrübəyə malik olması səbəbindən bu ideya riskli bir təşəbbüs ola bilər.

Məlumat Aleks Alekseyevin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: PUA   Hindistan  

Hindistan PUA-ları: Həvəs ehtirası üzərində düşüncələrin uçuşu - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/09/1111-1537611780.jpg
Oxunub: 2121     14:22     22 Sentyabr 2018    