“National Interest”: F-22 və F-35-lər yeni ölümcül silahla təchiz ediləcək

2018/09/4354-1537606302.jpg
Oxunub: 630     12:56     22 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin F-22 və F-35 təyyarələri tezliklə “at və idarə et” konfiqurasiyalı hücum dronları ilə təchiz ediləcəklər.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, təyyarələrin hava döyüş əməliyyatlarının genişləndirilməsinə imkan verəcək bu dronları pilot kabinəsindən istifadə etmək mümkün olacaq.

Avtonom naviqasiyanın qabaqcıl səviyyəsi adlandıra biləcəyimiz bu sürətli-yanaşma texnologiyası DARPA-nın həyata keçirməkdə olduğu “Gremlins” proqramı sayəsində tezliklə gerçək ola bilər.

DARPA gələn il döyüş şəraitində C-130 təyyarəsindən dörd dron atmaq və idarə etməklə yeni dövr başlatmağı planlaşdırır. Üstəlik havada idarə edilə biləcək bu dronlar sadəcə bir neçə il ərzində tam əməliyyat qabiliyyəti əldə edəcək.

Onların qabaqcıl sensor avadanlıqları, qabaqcıl silahlar və aktiv komanda və idarəetmə sistemləri ilə təchiz edilməsi gözlənilir.

“Komandamız F-35 və F-22 kimi beşinci nəsil təyyarə sistemlərinin təhdidlərə qarşı necə cavab verə biləcəyi və yüksək riskli zonalarda “Gremlins”lə necə əlaqəyə keçə biləcəyi yollarını araşdırır”, - deyə DARPA-nın bəyanatında bildirilir.

Məlumata görə, proqram artıq üçüncü mərhələyə qədəm qoyur. Bu mərhələdə C-130 uçuşunun icrası məqsədilə “Dynetics” firması ilə nümayiş və təkmilləşdirmə müqaviləsi imzalanacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: F-25   F-22  

“National Interest”: F-22 və F-35-lər yeni ölümcül silahla təchiz ediləcək

2018/09/4354-1537606302.jpg
Oxunub: 631     12:56     22 Sentyabr 2018    