İran XİN: “Hücumu törədənlər xarici rejim tərəfindən silahlandırılıb”

2018/09/23423-1537605744.jpg
Oxunub: 634     12:41     22 Sentyabr 2018    
“Bir xarici rejim tərəfindən maliyyələşdirilən, təlim keçilən, silahlanan terrorçular Əhvaza hücum etdilər”.

Ordu.az xəbər verir ki, bu ifadələri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında qeyd edib.

“Bir xarici rejim tərəfindən işə götürülən, təlim keçilən, silahlanan və maliyyələşdirilən terrorçular Əhvaza hücum etdilər. İtkilər arasında uşaqlar və jurnalistlər də var. İran belə hücumlara görə, regional terror sponsorları və onların ABŞ ustalarını məsul görür. İran vətəndaşlarının həyatlarını müdafiə etmək üçün tez və qətiyyətli cavab verəcək”, - deyə tvitdə qeyd edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən terror hücumunda azı 8 hərbçinin həlak olduğu, 20 nəfərin isə yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Hərbi-parad   Terror  

İran XİN: “Hücumu törədənlər xarici rejim tərəfindən silahlandırılıb”

2018/09/23423-1537605744.jpg
Oxunub: 635     12:41     22 Sentyabr 2018    