Xaçaturov özünü bağışlatmaq istəyir?| "Atəşi dayandırın"

2018/09/32423-1537595716.jpg
Oxunub: 3336     10:17     22 Sentyabr 2018    
KTMT-nin Baş katibi Yuri Xaçaturov Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Ordu.az xəbər verir ki, o, bəyanatında özünü KTMT baş katibi kimi deyil, daha çox Ermənistan müdafiə naziri kimi aparıb. Bununla yanaşı, sanki KTMT daxilində baş katib kimi fəaliyyətsiz olmadığını göstərməyə çalışıb.

"Son zamanlar insan itkiləri ilə nəticələnən Azərbaycan-Ermənistan dövlət sərhəddinin, həmçinin sərhədyanı yaşayış məntəqələrinin və mülki obyektlərin mütəmadi atəşə tutulması faktları ilə əlaqədar narahatlığımızı ifadə edirik", - deyə Xaçaturov bildirib.

Maraqlıdır, görəsən Xaçaturov ötən həftə baş verən hadisədən bu qədər narahat idisə, niyə Ermənistan nümayəndəsi kimi dərhal hadisəyə münasibət bildirmədi? Və yaxud Sidorovun fərqli bəyanatlarına nə ehtiyyac vardı?

Xaçaturov qeyd edir ki, hərbi ritorika vəziyyətin yenidən gərginləşməsinə və ATƏT-in Minsk qrupunun səylərinin iflasa uğramasına aparır: "KTMT-də Ermənistanın daimi və səlahiyyətli nümayəndəsinin 21 sentyabrda keçirilən daimi şuranın iclasında təqdim etdiyi məlumatı nəzərə alaraq, KTMT-nin üzv ölkəsi olan Ermənistanın təhlükəsizliyinə təhdidlərin artmasına yol verməmək məqsədilə təşkilatın cavabdehliyində olan zonada gərginliyin artırılmasını və atəş açılmasını dayandırmağa çağırırıq".

Qeyd edək ki, sentyabrın 20-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.

O, Ermənistan tərəfindən müraciət təqdim olunmadığına görə KTMT-nin güc tətbiq edə bilməyəcəyini bildirib: "Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik".

Deməli, Ermənistan tərəfi həqiqətən də Xaçaturova və ümumən KTMT-yə kin bəslədiyi üçün, o cümlədən əsasən daha sonra təşkilatın fəaliyyətsizlikdə günahlandırılması üçün bilərəkdən müraciət təqdim etməyib. Artıq burada əsas məqsəd öncəki kimi təşkilatı Azərbaycana qarşı qaldırmaq deyil, əksinə təşkilatı erməni cəmiyyətinin gözündə daha da kiçiltmək idi.

Xatırladaq ki, KTMT-nin fəaliyyətdə olan Baş katibi və həmçinin Ermənistanın sabiq Müdafiə nazirinin müavini olmuş Yuri Xaçaturov 2008-ci il 1-2 mart tarixlərində İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı ittiham edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Xaçaturov  

Xaçaturov özünü bağışlatmaq istəyir?| "Atəşi dayandırın"

2018/09/32423-1537595716.jpg
Oxunub: 3337     10:17     22 Sentyabr 2018    