Çinin GPS-ə rəqibi “Beidou” qloballaşma yolunda irəliləyir

2018/09/42262-1537549003.jpg
Oxunub: 360     20:54     21 Sentyabr 2018    
Çin özünün genişlənməkdə olan “Beidou” peyk naviqasiya sisteminin təkcə Asiyada deyil, bütün dünyada xidmətə uyğun olmasını özünə ambisiya seçib. Bəs o, həqiqətən də ABŞ-ın GPS sisteminə qarşı rəqib ola bilərmi?

Ordu.az BBC-yə istinadən xəbər verir ki, Şimali Çindən olan bir çoban bu vaxta qədər öz heyvanlarına su təmin etmək üçün hər gün motosikleti ilə bir neçə kilometr yol qət etmək məcburiyyətində olsa da, artıq Çin onun bunu sadəcə öz telefonu ilə həll edə biləcəyini iddia edir.

Belə ki, o, avtomatlaşdırılmış su təchizat sistemini işə salmaq üçün “Beidou” sistemindən istifadə edərək sadəcə bir mətn ismarışı göndərməsi kifayətdir.

Lakin “Beidou”nun təkmilləşdirilməsinin əsas məqsədi Çin ordusunun ABŞ-ın GPS sistemindən istifadəsini azaltmaqdır.

İlk dəfə 2000-ci ildə Çində istifadəyə hazır olan “Beidou” 2012-ci ildə artıq bütün Asiya-Sakit okean zonasını əhatə edirdi. Onun 2020-ci ildə tam hazır olarkən 35 peyklə bütün dünya üzərini əhatə etməsi planlaşdırılır.

Təkcə bu il ərzində 10-dan çox “Beidou” peyki buraxılıb. Bunlardan ikisinin buraxılışı ötən həftə baş tutdu. Ötən ay Pekində sistemin istifadəçi sayı 33500 nəfər artıb.

Britaniyada Müdafiə və Təhlükəsizlik Araşdırmaları üzrə Birləşmiş Xidmətlər İnstitutunun əməkdaşı olan Aleksandra Stikinqs bildirib ki, Çin GPS-ə rəqib naviqasiya sistemi yaratmaqla kosmosda dünya lideri olmağı hədəfləyir.

“Sizin öz sisteminizin olmasının əsas üstünlüyü isə təhlükəsizlikdir. Yəni siz artıq təhlükəsizliyiniz üçün başqa bir ölkənin sisteminə arxalanmırsız. Məsələn ABŞ hansısa münaqişə zamanı istifadəçilərin həmin sistem vasitəsilə bəlli zonalara girişinə qadağa qoya bilər”, - deyə Stikinqs söyləyir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Beidou  

Çinin GPS-ə rəqibi “Beidou” qloballaşma yolunda irəliləyir

2018/09/42262-1537549003.jpg
Oxunub: 361     20:54     21 Sentyabr 2018    