PGZ Polşa müdafiə sənayesini bir çətir altında toplamağa çalışır

2018/09/45645-1537541647.jpg
Oxunub: 350     19:02     21 Sentyabr 2018    
Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) konsentratı müdafiə sahəsində çalışan 60-dan çox polşalı sahibkarlığı bir qurum tərkibində birləşdirməyi planlaşdırır.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, kompaniya belə bir qrupun innovasiyalara yatırım edə biləcəyini və qlobal miqyasda ölkənin imkanlarını nümayiş etdirməyə qadir olacağını düşünür.

Bir çətir altında birləşdirilməsi planlaşdırılan firmalar arasında 1917-ci ildən etibarən kiçik silahlar istehsalı həyata keçirən “Zaklady Mechaniczne Tarnow” da var. Firma tapançalardan 12,7 mm-lik snayper tüfənglərinə qədər geniş miqyasda piyada silahları istehsal edir.

Onun son dövrlərdə havadan müdafiə və digər tapşırıqlar üçün ZSU-23-4MP “Biala” kimi ağır silahlar istehsal etdiyi də bildirilir. “Biala” Sovet istehsalı məşhur ZSU-23-4 “Shilka”nın təkmilləşdirilmiş versiyasıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: PGZ   Polşa  

PGZ Polşa müdafiə sənayesini bir çətir altında toplamağa çalışır

2018/09/45645-1537541647.jpg
Oxunub: 351     19:02     21 Sentyabr 2018    