Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, səfər zamanı NATO rəsmisi Gürcüstan Xarici İşlər nazirinin müavini ilə birgə mətbuat konfransı verib.
Rəsmi məlumata əsasən, alyansın nümayəndəsi Gürcüstan və NATO arasındakı əlaqələrin hazırkı vəziyyətindən və gələcək perspektivlərdən məmnuniyyət duyduğunu bildirib.
“Gürcüstan Əfqanıstandakı NATO təlim missiyasının başlıca tərəfdaşlarından biridir. Biz rəsmi Tbilisinin NATO əməliyyatlarına və missiyalarına göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”, - deyə Qötemöller bildirib.
Dəyanət Ağalarlı
Ordu.az