Mnatsakanyandan gülünc açıqlama: "Aprel döyüşlərində tanklarımıza su tökülməyib"

2018/09/27773-1537533362.jpg
Oxunub: 3894     16:34     21 Sentyabr 2018    
"Aprel döyüşləri ərəfəsində hər hansı yanacaq mənimsəmə faktı olmayıb".

Ordu.az xəbər verir ki, Ermənistan ordusunun işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşməsinin komandiri Levon Mnatsakanyan jurnalistlərlə söhbəti zamanı bildirib ki, aprel döyüşləri ərəfəsində yanacaqla bağlı hər hansı mənimsəmə faktı olmayıb.

"Bu yayılan məlumatlar kim tərəfindən və nə məqsədlə yayıldığı məlum olmayan şayiələrdir. Deyirlər ki, guya yanacaq əvəzinə su doldurulub, belə bir şey olmayıb. Apreldə xidmətdə olan bütün sürücü mexaniklər indi təxris edilib. Onlardan soruşa bilərsiniz", - deyə Mnatsakanyan qeyd edib.

Məsələ ilə bağlı artıq cinayət işi açıldığını xatırladan jurnalistlərə cavabında Mnatskanayan bildirib ki, məhkəmə olar baxarıq.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Karen Karapetyan aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanat vermişdi. Daha sonra qondarma qurumun "baş naziri" bu problemin yarandığını etraf edib və döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnikanın, avtomobil və mühəndis texnikasının keyfiyyətsiz dizel yanacağı üzərində işə düşmədiyini, yaxud sıradan çıxdığını təsdiqləmişdi.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Mnatsakanyandan gülünc açıqlama: "Aprel döyüşlərində tanklarımıza su tökülməyib"

2018/09/27773-1537533362.jpg
Oxunub: 3895     16:34     21 Sentyabr 2018    