NATO müttəfiqlərarası birbaşa taktiki rabitəni yaxşılaşdırmağa çalışır

2018/09/42119043_482948888890710_1484782958870003712_n_1537377445.jpg
Oxunub: 616     21:13     19 Sentyabr 2018    
NATO öz üzvlərini müttəfiqlər arasında rabitənin təhlükəsizliyini təmin etmək üçün yeni proqram təminatı standartlarını mümkün olduğu qədər cəld şəkildə ratifikasiya etməyə çağırıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, yeni proqram təminatı “Təhlükəsizlik Taktiki Uyğunluq Standartı” (STACIS) adlanır.

O, NATO-da geniş istifadə edilən ABŞ-ın Taktiki Təhlükəsiz Səs Kriptoqrafik Uyğunluq Spesifikasiyası (TSVCIS) ilə NATO-nun öz rabitə standartı Təhlükəsiz Rabitələr Uyğunluğu Protokolları (SCIP) arasında interfeys funksiyasını yerinə yetirəcək.

Bu o deməkdir ki, onun tətbiqi NATO daxilində silahlı qüvvələr arasında birbaşa və uyğun taktiki rabitəyə imkan verəcək.

Ən sonuncu hazırlanmış STACIS standartı NATO-ya bu ilin iyununda təqdim edilib. Onun üçün müttəfiq ölkələrlə uzun texniki konsultasiyalar həyata keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Taktiki-Rabitə  

NATO müttəfiqlərarası birbaşa taktiki rabitəni yaxşılaşdırmağa çalışır

2018/09/42119043_482948888890710_1484782958870003712_n_1537377445.jpg
Oxunub: 617     21:13     19 Sentyabr 2018    