Cənub Hərbi Dairəsi bu il 450 ədəd hərbi texnika əldə edib

2018/09/maxre-1537435592.jpg
Oxunub: 991     17:41     19 Sentyabr 2018    
Rusiya Silahlı Qüvvələrinin tərkibindəki Cənub Hərbi Dairəsi, o cümlədən Qara dəniz və Xəzər dənizi filotiliyaları, həmçinin xüsusi təyinatlı qüvvələr yeni texniki təchizat əldə edib.

Ordu.az xəbər verir ki, bu hərbi təchizata zirehli texnika, artilleriya qurğuları, kommunikasiya və elektron müharibə vasitələri, aviasiya vasitələri və s. aiddir.

Bunların içində daha çox önə çıxanlar T-72B3 tankları, BMP-3 piyada döyüş vasitələri, BTR-82A zirehli personal daşıyıcıları və 2S19M2 artilleriya qurğularıdır.

Qeyd edək ki, bu il ərzində Cənub Hərbi Dairəsinə əsasən Su-25SM3 və An-148-100 olmaqla ümumilikdə 10 ədəd təyyarə, 20 ədəd pilotsuz uçuş aparatı təhvil verilib. Ümumilikdə təhvil verilən hərbi texniki təchizatın sayı isə 450 ədəd olub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Silahlanma  

Cənub Hərbi Dairəsi bu il 450 ədəd hərbi texnika əldə edib

2018/09/maxre-1537435592.jpg
Oxunub: 992     17:41     19 Sentyabr 2018    