Ermənistan ordusunda dəhşətli "dedovşina": Radioya görə əsgəri asdılar

2018/09/34534-1537276851.jpg
Oxunub: 1573     17:19     18 Sentyabr 2018    
Erməni hərbi qulluqçunu meşəyə apararaq sərbəst şəkildə özünü asmağa məcbur ediblər. O, bunu etmədikdə isə əsgər yoldaşı tərəfindən asılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2006-cı ildə hərbi xidmətdə olan erməni əsgəri, radiolakasiya stansiyasının hərbi qulluqçusu Alik Matevosyan, sıravi əsgər Ağvan Harutyunyandan saz vəziyyətdə qaytarmaqla onun radiosunu istəyib.

İttihama görə, Matevosyan 2-3 gündən sonra həmin radionu nasaz vəziyyətdə qaytarıb. Yaranan mübahisə zamanı Matevosyan əsgər Rafiq Harutyunyanla bərabər radionun sahibi olan Ağvan Harutyunyanı döyüblər.

Alik Matevosyan bölmədəki nüfuzunu və üstünlüyünü qorumaq məqsədilə Ağvan Harutyunyana bildirib ki, ya sərbəst özünü asıb öldürməlidir, ya da özü onu asıb öldürəcək.

Daha sonra özləri ilə kəndir, stul və kabel götürərək, birlikdə radiolakasiya stansiyasının dayaq məntəqəsinə gediblər. Ağacın budağından kəndiri bağladıqdan sonra qollarını bağlayıb asmaq istəyərkən Harutyunyan buna imkan verməyib. Ancaq Matevosyan güc tətbiq edərək, onun ayaqları altından stulu çəkib və həyatına son qoyub.

Ona qarşı cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ciyanət   Dedovşina  

Ermənistan ordusunda dəhşətli "dedovşina": Radioya görə əsgəri asdılar

2018/09/34534-1537276851.jpg
Oxunub: 1574     17:19     18 Sentyabr 2018    