Naxçıvanski adına hərbi liseydə andiçmə mərasimi keçirilib - FOTOLAR

2018/09/445b7704bb90b5f57b66463e1da700b9_1537201877.jpg
Oxunub: 1372     20:28     17 Sentyabr 2018    
Bilik Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə yeni qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Tədbirdə çıxış edənlər bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar.

Daha sonra sıra meydanında gənc kursantlar şərəf andı içiblər.

Hərbi liseyin şəxsi heyəti “Naxçıvanskilər” marşını ifa etdikdən sonra mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.

Ordu.az

Foto

Teqlər: Naxçıvanski   Tədbir  

Naxçıvanski adına hərbi liseydə andiçmə mərasimi keçirilib - FOTOLAR

2018/09/445b7704bb90b5f57b66463e1da700b9_1537201877.jpg
Oxunub: 1373     20:28     17 Sentyabr 2018    