Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

2018/09/12_3073988676.jpg
Oxunub: 1111     17:50     15 Sentyabr 2018    
"Onlar tam əldən düşənədək bir-birilərini öldürməkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik".

Qırmızı Ordu komandanlığının məqsəd və planları

1918-ci ilin iyununda hücuma başlayan Qırmızı Ordu qarşısında konkret məqsədlər qoydu. Bu, mövcud şəraiti nəzərə almaqla Bakı Soveti rəhbərliyinin siyasi iradəsini həyata keçirməkdən ibarət idi. Qırmızı Ordu BakıYelizavetpol (Gəncə) istiqaməti ilə irəliləməli, hücum əsasən dəmir yolu boyunca təşkil edilməli idi.

Qeyd etmək lazımdır ki, dəmir yolu boyunca hücum təsadüfi element olmayıb. Rusiyada genişlənməkdə olan vətəndaş müharibəsinin ilkin mərhələsinin əsas döyüş əməliyyatları forması kimi qiymətləndirilən "eşelon müharibəsi" tərəflər arasında bütöv cəbhə xəttinin olmaması şəraitində meydana çıxdı. Vuruşan tərəflərin vahid ön və arxa cəbhələri yox idi, qoşunların say tərkibi geniş ərazilərdə döyüş aparmağa imkan vermirdi.

Əməliyyatların dəmir yolu boyunca aparılması aşağıdakı üstunlükləri təmin edirdi: arxa cəbhədən döyüşən hissələrə ehtiyat qüvvələri və təminat vasitələrinin tez çatdırılması, dəmir yolu xətləri boyunca çəkilmiş teleqraf (bəzi yerlərdə telefon) xətləri vasitəsi ilə qoşunların idarə olunması. Bu səbədən döyüşlər əsasən dəmir yolu xətləri, boyunca yerləşən yaşayış məntəqələri uğrunda aparılır, əsasən zirehli qatarlardan istifadə edilirdi. Döyüşlərin gedişində taktiki məqsədlər bu və ya digər dəmir yolu stansiyası, bəzən isə dəmir yolu qovşağının ələ keçirilməsi, dəmir yolu körpülərinə nəzarətin təşkil edilməsi ilə şərtlənirdi.

Döyüş əməliyyatlarının gedişində qoşunlarının sayının artması, onların araba və avtomobillərlə təmin edilməsi, süvari hissələrin piyada hissələrə nisbətən saylarının artırılması, təminat məsələlərinin yaxşılaşdırılması döyüş əməliyyatları aparılan ərazilərin genişlənməsi və onların tədricən dəmir yolu xətlərindən uzaqlaşmasına səbəb olurdu Bolşeviklərin vətəndaş müharibəsində "eşelon müharibəsi"nə üstünlük verməsinin bir səbəbi də dəmir yolu qovşaqları olan şəhərlərdə fəhlələrin çoxsaylı olması və bu fəhlələrin bolşeviklərin dayağı olmasından irəli gəlirdi.

1918-ci ilin yayında başlanan hüсumun əsas istiqamətinin dəmir yolu boyunca həyata keçirilməsi təsadüfi seçim olmayıb. Plana əsasən, eşalonlar L.Bİçeraxovun dəstəsilə birləşəndən sonra Kürdəmir-Yevlax-Gəncə, Şamaxı-Göyçay-Kaxetiya-Tiflis istiqamətlərində yürüş təşkil edilməli idi. Yelizavetpol quberniyası və Gürcüstanda yaşayan ermənilər Qırmızı Ordu yürüşə başlayan kimi üsyan qaldırmalı və rəqib arxasında ikinci cəbhə açmalı idilər. Əməliyyatların uğurlu gedişi və Qırmız Ordunun Gəncəyə yaxınlaşması ilə erməni dəstələrinə başçılıq edən, müsəlman kəndlərinə hücumlar təşkil edən Andronik öz qüvvələri ilə Zəngəzurdan Qarabağa, oradan isə Yevlaxa yürüş həyata keçirməli idi. Tərtib edilmiş plan Bakı Sovetinin bolşevik rəhbərləri, eləcə də Bakı Soveti, "Daşnaksutyun" partiyası və Erməni Milli Şurasının rəhbərlərinin məqsədlərinə tam cavab verirdi.

Azərbaycan xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi qarşılayan, "Müsavat”ın sosial bazasının məhv edilməsinə can atan bolşeviklər bu yolda ermənilərin timsalında müttəfiq tapdılar. 1918-ci ilin mart-may aylarında Bakı quberniyasında azərbaycanlıların məhv edilməsini nəzərdə tutan planın həyata keçirilməsində qazanılmış uğurlar bolşevik-erməni cütlüyünün Gəncə, sonra isə Tiflis istiqamətində yürüşünün uğurla həyata keçiriləcəyinə ümid bəsləməyə əsas verirdi. Azərbaycan milli hərbi qüvvələrinin zəifliyi və tam formalaşmaması, ZK və Seyminin azərbaycanlıların problemlərinə biganə münasibəti ciddi müqavimətin olmayacağı təsəvvürünü yaradırdı. Bakı neftinə sahib olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiyanın bolşevik hökumətinin Bakı Sovetinin bütün plan və tədbirlərini dəstəkləməsi mümkün itkilərin sürətlə bərpa edilməsinə ümid doğururdu. Bakı neftinə olan ehtiyac Sovet Rusiyasının siyasi rəhbərliyini S.Şaumyan və onun əlaltılarının Bakı quberniyasında törətdiyi cinayətlərə göz yummağa vadar etdi.

Ehtimal etmək olardı ki, Rusiya kifayət qədər neftlə təmin olunduqda növbəti cinayətlərə də göz yumulacaqdı. Beləliklə, bolşeviklər tərəfindən 1918-ci ilin yayında hazırlanmış plan istər hərbi, istər hərbi-siyasi, istərsə də siyasi baxımdan düşünulmüş olduğundan, mövcud qüvvələr onu həyata keçirməyə qadir idi.

Sentrokaspi Diktaturası komandanlığının məqsəd və planları

Sentrokaspi Diktaturasına gəldikdə, ehtimal ki, onun xüsusi hərb planları olmayıb. Belə ki, avqustun 1-də fəaliyyətə başlayan qurum ağır reallıqla üzləşdi: Qafqaz İslam Ordusu Bakının həndəvərində idi, onun qarşısını almaq üçün Diktaturanın öz qoşunları yoxdu. Bakı Sovetindən "miras" qalmış qoşunlarda ermənilərin sayı artmışdı (Biçeraxov öz qoşunları ilə cəbhə xəttindən çəkilmiş, 3 min nəfər bolşeviк döyüşçüsü Bakıda meydanlarının birində düşərgə quraraq Diktaturanın əmrlərinə tabe olmurdu).

Diktaturanı təşkil edən qüvvələr keçmiş imperiyanı əvvəlki sərhədlərində saxlamaq uğrunda mübarizə aparır, bu səbəbdən azərbaycanlıların fəaliyyəti separatçılıq kimi qəbul edilərək rədd olunurdu. Uzunmüddətli hərbi manevrlər üçün qüvvələri və bacarıqları olmayan Diktatura ingilislərin köməyi ilə Bakını QİO-dan qorumağı planlaşdırır, sonra isə, ehtimal ki, “Vahid və bölünməz Rusiya uğrunda" mübarizə aparan Denikinlə əlaqə saxlayacaq və onu Bakıya dəvət edəcəkdirlər (hər halda, Biçeraxovla aparılan danışıqlar və 1919-cu ildə keçmiş Diktatura üzvlərinin fəaliyyəti belə etimalı irəli sürməyə əsas verir).

Qeyd etmək lazımdır ki, bolşeviklərin hakimiyyəti devrilib Sentrokaspi Diktaturası qurulanda qoşunların etnik tərkibində elə də böyük dəyişikliklər baş vermədi. Əvvəlki kimi, qoşunlarda erməni hissələri üstünlük təşkil edirdi. Qatı bolşeviklər istisna olmaqla digər komandirlər öz vəzifələrində qaldılar.

İngilis komandanlığının məqsəd və planları

Bakını elə keçirmək Böyük Britaniya siyasi rəhbərliyinin çoxdankı arzusu idi. İstər bu dövrdə, istərsə də sonrakı dövrlərdə hazırlanmış planlar sübut edir ki, İngiltərənin aşağıdakı məqsədləri olub: Bakı neftinə və onun Avropaya nəqli marşrutlarına nəzarət etmək; Bakı limanına sahib olmaqla bütün Xəzər dənizinə nəzarət edən donanma yaratmaq; düşmən Osmanlı dövləti ilə əlaqələr qurmuş və müttəfiq olmuş qurumları (o cümlədən Azərbaycan Xalq Cümhuriyyətini) ləğv edib əvəzində Cənubi Qafqaz və Orta Asiyada ingilismeylli xırda dövlət qurumlarından antirus və antibolşevik zolaq təşkil etmək.

Bu qlobal məqsədlərin həyata keçirilməsi 1917-ci ildə hazırlanmış və icrası general Denstervilə tapşırılmış planın reallaşdırlmasından asılı idi. Generalın yazılarından aydın olur ki, hadisələrə müdaxilə etmək üçün kifayət qədər qüvvəsi olmayan ingilis hərbi komandanlığı Gürcüstana təlimatçılar göndərərək rus, gürcü və erməni hərbi hissələrini yenidən təşkil etməklə "türk-alman təhlükəsinə qarşı'' mübarizə aparmaq niyyətində idi. Təlimatçıların rəhbəri Denstervil olmalı idi. Generalın qeydləri göstərir ki, onlar "Osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması", gürcü və ermənilərin isə "öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və bütün əməliyyatları təmin edəcək "ingilis qızılına" ümid edirdilər. Lakin real vəziyyəti öz gözləri ilə görən general Denstervil Gürcüstana keçməyə imkan tapmadı və planları dəyişdi. O, mövcud qarışıqlıqdan, bolşeviklərin nüfuzunun düşməsindən istifadə edərək Bakıda möhkəmlənmək, əsasən ermənilərdən təşkil edilən qoşunları silah və təlimatçılarla təmin edərək QİO-nu geri oturtmaq fikrinə düşdü. Təbii ki, onun bu planı komandanlıq tərəfindən dəstəkləndi, çünki Mesopotamiya və Hindistandan Denstervilin tabeçiliyinə əlavə qüvvələr, zirehli avtomobillər, top hissələri, aviasiya göndərildi.

Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. Lakin elə ilk döyüşlər göstərdi ki, torpaqlarının azadlığı uğrunda vuruşan və mart soyqırımının qurbanlarının qanını yerdə qoymamağa can atan azərbaycanlılar, onlara dəstək olan və qardaş xalqın azadlığı yolunda canlarını qurban verən türklər qəhrəmanlıqla vuruşurlar.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti olmazın çətinliklərlə, iqtisadiyyatın tənəzzülə uğradığı şəraitdə QİO-nu canlı qüvvə, nəqliyyat vasitələri və ərzaqla təmin edir, müttəfiq Almaniyanın ikiüzlü siyasətindən hiddətlənən Ənvər paşa tam qələbə çalanadək vuruşmaq əzmini nümayiş etdirirdi. İngilislərin müttəfiq düşərgəsində isə, general Denstervilin sözləri ilə desəк "erməni koloniyası və bolşeviklər QİO-nun hücumuna qarşı vuruşurdular. Ermənilərə nifrət bəsləyən gürcülər onlara kömək etmirdilər... Biz onlara nə ilə kömək edə bilərik? Mənim fikrimcə, bu mümkün deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur...".

Nəticədə Denstervil yeni plan tərtib edir. Bu planı öz qeydlərində aşağıdakı şəkildə göstərib: "Onlar tam əldən düşənədək bir-birilərini öldürməkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik". Başqa sözlə desək, ingilis qoşunları evakuasiya edilir, lakin QİO-ya qarşı vuruşan qüvvələri dəstəkləyir ki, döyüşlər davam etsin və tərəflər bir-birlərini elə zəiflətsinlər ki, ingilislər yenidən Bakıya qayıda bilsinlər.

Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.

Qafqaz İslam Ordusu komandanlığının məqsəd və planları

Qafqaz İslam Ordusunun komandanlığının hərbi planları siyasi məqsədlərlə şərtlənirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin aşağıdakı məqsədi var idi: düşmənin kimliyindən asılı olmayaraq bolşevik-erməni və ya ingilis-erməni) işğal edilmiş əraziləri azad etmək, Bakının azad edilməsindən sonra paytaxt şəhəri olduğundan ölkəni idarə edəcək qurumları orada təşkil etmək, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini təmin etmək üçün milli ordunu təşkil etmək. Osmanlı dövlətinin siyasi planları müxtəlif təsirlərlə üzləşsə də 326 əsasən dəyişilməz qalmışdır: Azərbaycan hökumətinin dövlət və ordu quruculuğu, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi sahəsindəki fəaliyyətini dəstəkləmək, 1918-ci il 4 iyun müqaviləsinin bütün şərtlərini tam həyata keçirmək).

Azərbaycan, Gürcüstan və Osmanlı dövlətləri arasında 24-27 iyul 1918-ci il tarixlərində imzalanmış "Batum arasında petrol (neft) mübadiləsi haqqında itilafnamə" və Bakı azad edilən kimi dərhal anbarlarda neft ehtiyatlarının hesablanması göstərir ki, Osmanlı dövləti Bakının neft resurslarını müharibənin davamı üçün istifadə etmək fikrində idi.

QİO təşkil edilərkən onun jaradılmasının məqsədləri əhaliyə müracəitdə açıqlanmışdı: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda müsəlmanlar və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək; Bakı ilə bağlı "almanların ehtiraslarına mane olmaq"; Qafqaz müsəlmanlarını təcavüzdən qurtarmaq".

Ənvər paşanın tərtib etdiyi ilkin fəaliyyət planı reallıqdan uzaq olsa da (təlimatçılar göndərərək yerli qüvvələrdən ordu təşkil etmək), Nuru paşanın Azərbaycana gəlişi və QİO-nu təşkil etməyə başlamasından sonra hazırladığı planda real hərbi-siyasi vəziyyət nəzərə alındı. Azərbaycanlı zabitlərin iştirakı ilə tərtib edilmiş plan düşmənin qüvvələrini, öz imkanları, təminat və təchizat məsələlərini, isti iqlim və relyefi nəzərə alaraq hazırlanmışdı. Düşmən tərəfindən təklif edilmiş "eşelon müharibəsi" döyüş əməliyyatlarının aparılması üsulu faktiki olaraq qəbul olunmuş, əsas hücum istiqaməti Gəncə-Bakı dəmir yolu boyunca müəyyənləşdirildi.

Lakin əlavə türk hissələrinin göndərilməsi, azərbaycanlı könüllülərdən ibarət yeni hərbi hissələrin təşkil edilməsi iyulun sonlarında döyüş əməliyyatları gedən ərazilərin genişləndirilməsi üçün imkan yaratdı. Yürüş tədricən bir-birindən aralanan iki istiqamətdə aparılmağa başladı: qoşunların bir qrupu (əsas qüvvələr) Ağsu-ŞamaxıMərəzə-Abşeron-Bakı, digər qrupu isə Kürdəmir-Hacıqabul-Ələt-Sanqaçal-Bakı istiqaməti ilə irəliləyirdi.

Eyni zamanda yerli könüllü dəstələr təşkil edilərək ermənilərin Azərbaycanın qərb sərhədlərində, Zəngəzur, Naxçıvan və Qarabağda qarşısını almalı idi. Kür çayının aşağı axarı boyunca (Cavad-Salyan istiqaməti) azərbaycanlı kəndlərindən toplanan könüllülərdən ibarət hərbi hissələr təşkil edilərək Kür çayının şimal sahilində sipər yaradılmışdı ki, (Muğanda anti-Azərbaycan hərbi qüvvələrin QİO-ya arxadan endirilə biləcək zərbənin qarşısını almaq üçün) həmin qüvvələr Salyan və Lənkərandan bolşeviklərin qovulmasına nail oldular.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: Bakı   QİO   Bolşeviklər   Denstervil  

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

2018/09/12_3073988676.jpg
Oxunub: 1112     17:50     15 Sentyabr 2018    