“Lockheed” və “Boeing” arasında İsrail üzərində mübarizə qızışır

2018/09/received_2086071154987037_1536680769.jpeg
Oxunub: 926     23:46     11 Sentyabr 2018    
Ötən həftəyə qədər İsrail Müdafiə Nazirliyinin yüksək mühafizə edilən kompleksi və İsrail Hərbi Hava Qüvvələrinin qərargahlarının qapalı qapılar arxasında kölgə müharibəsi gedirdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu mübarizə “Lockheed Martin” və “Boeing” kompaniyaları arasında aparılır.

Belə ki, bu kompaniyalar İsrailin ehtiyac duyduğu qırıcı təyyarələr və döyüş helikopterləri üçün öz alternativlərini təklif edirlər. F-35 və təkmilləşdirilmiş F-15 arasında bir, CH-53K və CH-47 “Chinook” arasında isə başqa mübarizə aparılır.

İsrail HHQ üçün əlavə F-15 alınması təklifi özündə HHQ-nin istifadəsindəki F-15-lərin yenilənməsini də ehtiva edir. 25 ədəd F-15-i əhatə edən bu müqavilənin ümumi dəyəri təqribən 4 milyard dollardır.

“Lockheed Martin” nümayəndə heyəti bu yaxınlarda İsrail MN və HHQ-nin rəsmiləri ilə bir araya gələrək öz təkliflərini irəli sürüblər. Onlar 2020-ci ildən çatıdırılmasına başlanacaq F-35-lərə 80 milyon dollar qiymət qoyublar.

“Lockheed” bu vaxta qədər İsrailə 12 ədəd F-35 çatdırıb və daha 3-nü isə bu ilin sonlarına qədər çatdıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lockheed-Martin   Boeing   İsrail  

“Lockheed” və “Boeing” arasında İsrail üzərində mübarizə qızışır

2018/09/received_2086071154987037_1536680769.jpeg
Oxunub: 927     23:46     11 Sentyabr 2018    