ABŞ QQ 1000 mil mənzilə sahib raketlər axtarır

2018/09/received_1068626009979411_1536678958.jpeg
Oxunub: 1140     23:25     11 Sentyabr 2018    
Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq ABŞ Quru Qoşunları 1000 mil mənzilə sahib silahlar təkmilləşdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, hazırda ABŞ QQ-nin bu gün istifadə etdiyi raketlərin mənzillərindən beş dəfə çoxdur.

Rusiya və Çinlə potensial gələcək müharibəyə hazırlıq məqsədinin də tərkib hissəsi ola biləcək bu proqram çərçivəsində ABŞ QQ azı iki növ ultra-uzaq mənzilə sahib raketlər ərsəyə gətirəcək.

Bunlardan biri hələlik rəsmi ad verilməyən yüksək qabiliyyətli hipersəs raketidir. Onun komandanlıq bunkerləri kimi kritik hədəfləri vurmaq üçün Max 5 sürətə sahib olması gözlənilir.

İkincisi isə Strateji Uzaq Mənzilli Topdur (SLRC). Daha çox sayda yüngül hədəflərin, radarlar, raket atıcılar və mobil komandanlıq postlarının vurulması üçün istifadə edilməsi nəzərdə tutulan bu raketlər daha ucuz başa gəlməsi üçün top lüləsindən istifadə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-QQ   Raket  

ABŞ QQ 1000 mil mənzilə sahib raketlər axtarır

2018/09/received_1068626009979411_1536678958.jpeg
Oxunub: 1141     23:25     11 Sentyabr 2018    