ABŞ HHQ HH-60G helikopter eskadrilyasını modernizasiya edəcək

2018/09/1-resized-1024x630_1536580737.jpg
Oxunub: 1046     20:12     10 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin HH-60G helikopterlərindən ibarət eskadrilyasının modernizasiya edilməsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, 2017-ci ildə aparılan araşdırmaya görə 96 helikopterlik eskadrilyadakı aviasiya vasitələrindən yalnızca 68 faizi missiya bacarıqlarını həyata keçirə biləcək səviyyədə olsa da, rəhbərlik ilkin mərhələdə bunun 75 faizə çıxarılmasını hədəfləyir.

Məlumata əsasən, eskadrilyadakı helikopterlərin artıq bir neçəsinin təmir işlərinə başlanılıb. HHQ rəhbərliyi modernizasiyasının məqsədəuyğun olmayacağı helikopterləri yeniləri ilə əvəzləməyi planlaşdırır.

Qeyd edək ki, 2028-ci ilə kimi 100 faiz modernizasiya planının yekunlaşdırılmasının hədəfləndiyi layihə “Boeing” tərəfindən həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HH-60G  

ABŞ HHQ HH-60G helikopter eskadrilyasını modernizasiya edəcək

2018/09/1-resized-1024x630_1536580737.jpg
Oxunub: 1047     20:12     10 Sentyabr 2018    