ABŞ Suriyadakı strateji bazanı bir qədər də möhkəmləndirib

2018/09/456_1536578786.jpg
Oxunub: 1019     19:25     10 Sentyabr 2018    
Hər an Suriya ordusunun İdlib əməliyyatına başlaya biləcəyi bir vaxtda ABŞ Suriyadakı strateji “Əl-Tanf” hərbi bazasını bir qədər də möhkəmləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat katibi kapitan Uilyam Urban bildirib.

Onun sözlərinə görə, bazaya 100 nəfər dəniz piyadası göndərilib. Onlar burada bir neçə günlük hərbi təlimlərdə iştirak edəcəklər.

Pentaqona yaxın mənbələr ABŞ-ın artıq bir neçə gündür Suriya ərazisində həyata keçirdiyi təlimlərin Rusiyaya mesaj xarakteri daşıdığını bildirirlər.

Xatırladaq ki, bir neçə gün öncə CNN Moskvanın ABŞ qoşunları tərəfindən mühafizə edilən ərazilərə hücum edə biləcəyini bildirib. Agentlik eyni zamanda ABŞ Müdafiə naziri Ceyms Mettis və Baş Qərargah rəisi general Cozef Danfordun da bu plandan xəbərdar olduqlarını iddia edib.

Rusiya Müdafiə Nazirliyi isə bu iddia ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Suriya   Hərbi-baza  

ABŞ Suriyadakı strateji bazanı bir qədər də möhkəmləndirib

2018/09/456_1536578786.jpg
Oxunub: 1020     19:25     10 Sentyabr 2018    