Paşinyan skleroz, yoxsa şizofreniya xəstəliyinə düçar olub? - TƏZAD

2018/09/454545_1536578260.jpg
Oxunub: 2025     19:43     10 Sentyabr 2018    
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı "Kommersant"a müsahibə verib. O, müsahibəsində növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa onun səlahiyyəti yoxdur.

"Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti var", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirib. Və onun həmin bəyanatı Ermənistanın özündə də, ciddi təəcüb və tənqidlə qarşılanmışdı.

Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz "legitim nümayəndəsi" ilə təmsil olunmalıdır. "Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir", - deyə o bildirib.

Paşinyanın bu cür bəyanatlarla çıxış etməsinə əsas səbəb ilk olaraq qondarma rejimi tanıtmaqdır. Bununla yanaşı həmçinin o, Qarabağ klanının dəstəyini almağa çalışır. Digər tərəfdən, o, bu açıqlamanı verməklə Qarabağ məsələsinə dair məsuliyyəti öz üzərindən atmağa çalışır. Lakin Paşinyanın fikirlərində ziddiyətlər mövcuddur.

Belə ki, Dağlıq Qarabağ adından danışa bilmərəm deyən Paşinyan digər tərəfdən “Kommersant”a müsahibəsində "Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq" şəklində açıqlama verir. Bu zaman belə bir sual yaranır: Nikol Paşinyan biz deyəndə kimi nəzərdə tuturdu? Qondarma rejimi, yoxsa Ermənistanı. Halbuki, Dağlıq Qarabağ adından danışa bilmərəm deyən Paşinyan, indi isə Azərbaycan güzəştlərə hazırdırsa bizdə hazırıq şəklində açıqlama verir. Görünür, o, skleroz ya da şizofreniya xəstəliyinə düçar olub. Yoxsa niyə bu qədər bir-birilə ziddiyət təşkil edən açıqlamalar versin...

Analitik Ehtiram Aşırlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Qarabağ  

Paşinyan skleroz, yoxsa şizofreniya xəstəliyinə düçar olub? - TƏZAD

2018/09/454545_1536578260.jpg
Oxunub: 2026     19:43     10 Sentyabr 2018    