Xüsusi təyinatlımız: “Aprel döyüşləri bizim üçün adi təlimlərdən fərqlənmirdi” – MÜSAHİBƏ (FOTOLAR)

2018/09/22-(2)_1536737188.jpg
Oxunub: 7919     15:24     12 Sentyabr 2018    
"Yaralılarımızdan birini şəxsən çiynimdə çıxarmışam. Bu zaman yanıma top mərmisi düşdü. Vaxtında yerə uzandım. Kiçik təpəcik məni qəlpələrdən xilas etdi. Ardından digər qardaşımı döyüş meydanından çıxaranda ayağımın altına, torpağa snayper gülləsi girdi. Şükür yenə yaralanmadım. Onun sağalmasına ümid yox idi. Biz onu 3 dəqiqəyə təcili tibbi yardım maşınına çatdırdıq".

"Biz hərəkətə keçəndə düşmən ordusu çıxılmaz vəziyyətdə idi. Çoxunun üzü saqqallı və yaşlı idi. Görünür muzdlular idi. Biz isə hərəmiz bir tabora bəs edirdik. Vəziyyət o yerə çatmışdı ki, düşmən bütün gücünü geri çəkilmək üçün səfərbər etmişdi".

Ordu.az-ın budəfəki müsahibi ehtiyyatda olan keçmiş XTQ mənsubu Abbasov Elvin Asif oğludur. 27 yaşlı keçmiş hərbçi, Ağstafa rayonunun Könəqışlaq kənd sakinidir. 2014-cü ildən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Həmin ilin avqust ayında isə Xüsusi Təyinatlı Qüvvələrə cəlb edilib. 2017-ci ildə səhhəti ilə bağlı ehiyyata buraxılıb.

- İlk növbədə müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Necə oldu ki, XTQ kurslarına dəvət aldınız?

- Salam, xoş gəlmisiniz. Mən də sizə minnətdaram ki, bizi yada salır, cəmiyyətə təqdim edirsiniz. Lakin burada əsas məsələ bizim cəmiyyətdə tanınmağımız yox, onlara düzgün məlumatların ötürülməsidir. Gələk sualınıza... XTQ üzvü olmaq mənim uşaqlıq arzum idi. Həmişə döyüş filmlərinə baxanda deyirim ki, kaş mən də bu cür hərbçi olam. Elə bu arzu ilə də uşaq vaxtı idmana getdim. İstədiyim bədən quruluşunu və gücü əldə etdim. Hərbi xidmətdə də idmanı buraxmadım. Bu səbəbdən də XTQ-nin komandir heyəti bizim hərbi hissəyə gələndə məni sırada gördü. Məndən XTQ üzvü olmaq istəyirsənmi deyə soruşdu. Komandir sözünü bitirməmiş bəli dedim. Elə o vaxtdan da bu aləmə qatıldım. Nə yaxşı ki, bu qərarı verdim. Yaxşı ki, yolum XTQ-dən keçdi. Bu, hər kəsə nəsib olmur.

- Hansı idman növu ilə məşğul olmusunuz? Nailiyyətləriniz varmı?

- Mən "Uşu" və əlbəyəxa döyüş idmanına daha çox üstünlük verirdim. XTQ-də bu sahədə kurslara cəlb edildim və Çin Xalq Respublikasına kursa göndərildim. Həmin vaxt... (kövrəlir) şəhid Məhəbbət Mirzəyevlə birgə kursda idim. Allah rəhmət eləsin. Buradakı nailiyyətlərimə görə kursda komandir müavini seçildim. Əlbəttə ki, kurs birincisi olaraq da geri döndük. Efirlərdə gördüyünüz çinlilər bizim elastikliyimizə və cəld hərəkətimizə heyran idilər. Amma neynəyəsən onların filmləri və sosial şəbəkədə reklamları çoxdur. Biz çəkib harasa yerləşdirsək, bəlkə də baxış rekordu qırar.

- Aprel döyüşlərindən danışaq. Nə vaxt döyüş əmri aldınız?

- Aprel döyüşləri bizim üçün adi təlimlərdən fərqlənmirdi. Fərqli olan o idi ki, hədəflər real idi. Bu barədə, danışmaq çətindir. Amma bu qələbə ordumuzun tarixinə şanlı tarix kimi düşdü. Şükür ki, bu zəfərdən mən də ağız dolusu danışa bilirəm. Aprel ayının ikisi idi. Düşmənin hücumlarına cavab olaraq, səhər saat 05:00-da döyüş əmri verildi. İstiqamət Talış kəndi idi. Hamımız tam təhcizatla təyin olunan döyüş rayona getdik. Biz arxada atəş dəstək mövqeyində idik. Sonradan bizə də irəli əmri verildi. Qızğın döyüş başladı. Biz hərəkətə keçəndə düşmən ordusu çıxılmaz vəziyyətdə qaldı. Çoxunun da üzü saqqallı və yaşlı idi. Görünür muzdlular idi. Biz isə hərəmiz bir tabora bəs edirdik. Vəziyyət o yerə çatmışdı ki, düşmən bütün gücünü geri çəkilmək üçün səfərbər etmişdi. Bizim isə bir amalımız var idi: düşməni məhv etmək, mövqeləri işğaldan azad etmək. Buna da nail olduq. Artıq saat 11:00-da biz verilən tapşırığı uğurla icra etdik.

- Bizə də məlum olduğu kimi, Talış kəndi istiqamətində aparılan döyüşlər zamanı XTQ mənsubu olan şəhidlərimiz də olub. Bir az döyüşün gedişatı barədə danışaq.

- Onu deyim ki, şəhid və yaralanan qardaşlarım artileriya qəlpələri ilə vuruldular. Düşmən heç birimizi üz-üzə vura bilməzdi. Çünki biz görünmədən görüb, ölmədən öldürməyə öyrənmişik. Deməli, həmin döyüşdə mənim yanımda yaralanan olmadı. Amma daha qabaqda yaralılarımız var idi. Sahil Şirinov, Murad Məmmədov, Emin Bağırov kimi qardaşlarım isə şəhid oldular. Biz onları artileriya dəstək atəşi ilə ərazidən çıxardıq. Yaralılarımızdan birini şəxsən çiynimdə çıxarmışam. Bu zaman yanıma top mərmisi düşdü. Vaxtında yerə uzandım. Kiçik təpəcik məni qəlpələrdən xilas etdi. Ardından digər qardaşımı döyüş meydanından çıxaranda ayağımın altına, torpağa snayper gülləsi girdi. Şükür yenə yaralanmadım. Onun sağalmasına ümid yox idi. Biz onu 3 dəqiqəyə təcili tibbi yardım maşınına çatdırdıq.

- XTQ-nin şüarı nədir?

- Qardaş, XTQ-nin düşdüyü hər vəziyyətə uyğun şüarı var. Əsas şüarımız əsir düşmə, görmədən gör, ölmədən döndür. XTQ üzvü olmaq başqa zövqdür. Seçilmişlərdən ibarət dəstə bir orduya bərabərdir. Biz istər şəhid, istərsə də yaralı olsun geridə heç kimi buraxmırıq. XTQ üzvü olmaq hər an ölə bilərsən deməkdir. Ölümü gözə alıb hərəkət etmək də başqa bir hissdir. Biz hər şeydən - formamızdan tutmuş silahımıza kimi zovq alırıq. Məsələn, mən silahıma ad qoymuşdum. "Yavrum" deyirdim ona. Bizim silahımızdan çıxan güllə boşa gedərdisə, biz bir ay sarsıntı keçirərdik. Çünki bizdə təkrarçılıq yoxdur. Hər şey ilk addımda, ilk atışda mükəmməl olmalıdır.

- Bəzən sizə sadəcə kəşfiyyatçı deyirlər. Oxşar və fərqli cəhətləriniz çoxdurmu?

- Əlbəttə, olduqca çoxdur. Oxşarıq ona görə ki, səssiz gedirik. Səssiz ölüm adı bizi birləşdirir. Fərqimiz isə çoxdur. Məsələn, kəşfiyyatçı sadəcə öldürüb, mövqe ələ keçirir. Ya da düşmən arxasında dərinlikdə tapşırıq yerinə yetirib qayıdır. Biz isə həm kəşfiyyat, həm xüsusi təyinatlı, həm tankçı, həm pilot, həm snayper, həm minaaxtaran, həm dalğıc və s. yəni bütün ordu növünü özümüzdə cəmləşdiririk. Düşdüyümüz şəraitə uyğun hərbçi oluruq. Bizim fərqimiz budur.

- Keçmiş hərbçi, xüsusiilə XTQ üzvü olaraq gənclərə tövsiyyəniz varmı?

- Vallah mən özüm də gəncəm. Tövsiyyəm yalnız budur ki, evdə analarını necə sevirlərsə Vətəni də elə sevsinlər. Hərbi xidmətdən yayınmasınlar. XTQ sıralarına qatılmaq isə həyatını sırf ora həsr etmək deməkdir. Bizim sevdamız başqa sevdadır. Mən buna şansı gətirmək deyərdim. Şanslı olan bu fürsəti qaçırmasın. Vətən sizlərə, siz də Allaha əmanət olun

- Yenidən döyüşə qatılmağa hazırsınızmı?

- Əlbəttə razıyam, həm də ikiəlli. Hər gün telefonuma baxanda deyirəm ki, kaş zəng gələ ki, gəl zəfər yürüşünə gedirik. İnanıram ki, o zəng gələcək. Həm də yaxında.. Cənab Ali Baş Komandan dəfələrlə düşməni danışıqlara dəvət edib və bunun nəticəsiz qalacağı təqdirdə işğal altında qalan torpaqlarımızın azad ediləcəyini bildirib. Amma onlar ordumuzun qüdrətini hələ başa düşmür. Aprel yalnız sınaq xarakterli idi. Bizim səbrimizin də daşan vaxtı olacaq. Bax o günü gözləyirəm. Allah mənə də qismət eləsin. "Yavrum" üçün də darıxmışam.

Sizin müsahibələri oxumuşam. Bu dəfə də son sözü mən deyim. Müsahibə üçün təşəkkür edirəm. Çox xoş oldu. Allah Azərbaycanımızı qorusun!

Cümşüd Məmmədov
Ordu.az

Foto

Teqlər: XTQ   Qarabağ   Aprel-döyüşləri  

Xüsusi təyinatlımız: “Aprel döyüşləri bizim üçün adi təlimlərdən fərqlənmirdi” – MÜSAHİBƏ (FOTOLAR)

2018/09/22-(2)_1536737188.jpg
Oxunub: 7920     15:24     12 Sentyabr 2018    