İraq Baş naziri “Həşd əl-Şəbi”nin rəhbərliyinə keçib

2018/09/thumbs_b_c_74b1409dba1c93386baa0f5eaeda3648_1535983506.jpg
Oxunub: 775     23:32     03 Sentyabr 2018    
İraq Baş naziri Heydər əl-Abadi vəzifədən azad etdiyi Falih Fəyyadın yerinə “Həşd əl-Şəbi”nin rəhbərliyinə keçib.

Ordu.az xəbər verir ki, bu barədə İraq Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Edilən yazılı açıqlamada bildirilib ki, Baş nazir bu gün “Həşd əl-Şəbi”nin İraqın paytaxtı Bağdaddakı qərargahını ziyarət edib.

Abadi burada verdiyi açıqlamada yarımhərbi qoşunlara hər cür dəstəyi verməyə davam edəcəklərini bildirib. Açıqlama əsnasında azad etdiyi “Həşd əl-Şəbi” İdarə Heyəti rəhbəri Fəyyadın vəzifəsini bundan sonra özünün icra edəcəyini bildirib.

Qeyd edək ki, Heydər əl-Abadi bir neçə gün öncə Milli Təhlükəsizlik müstəşarı, Milli Təhlükəsizlik Şurası və Həşd əl-Şəbi”nin sədri olan Falih Fəyyadı vəzifəsindən azad edib.

İraqda Əli əs-Sistanın İŞİD-ə qarşı “cihad fətvası” üzərinə qurulan “Həşd əl-Şəbi” bu ilin əvvəllərində İraq parlamentinin qərarı ilə İraq təhlükəsizlik və müdafiə mexanizminin tərkibinə daxil edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   Abadi   Həşd-əl-Şəbi  

İraq Baş naziri “Həşd əl-Şəbi”nin rəhbərliyinə keçib

2018/09/thumbs_b_c_74b1409dba1c93386baa0f5eaeda3648_1535983506.jpg
Oxunub: 776     23:32     03 Sentyabr 2018    